Sözügedən funksiya canlı yayımlar zamanı əlavə vəsait ödəməklə şərh yazmaq imkanı verəcək. Yeni funksiya istifadəçilər ilə məzmun tərtibatçıları arasındakı ünsiyyəti yeni səviyyəyə çıxaracaq. İstənilən istifadəçi canlı yayım zamanı müəyyən miqdarda vəsait ödəməklə həmin canlı yayıma şərh yaza biləcək. Şərh xüsusi rəng ilə işarələnəcək və 5 saata qədər olan canlı yayımın çat hissəsinin yuxarısında müəyyən müddət qalacaq.

Şərhin qiyməti onun uzunluğundan, çalarından, şərhlər arasında qalma müddətindən və həmin şərhin hansı ölkədən yazıldığından asılı olacaq. Şərhin 5 saat ərzində top siyahıda qalması 500 ABŞ dollarına başa gələcək.

Sözügedən funksiya hələ ki, 12 ölkədə təqdim edilib. Bu ölkələr Avstraliya, Braziliya, Kanada, Fransa, Almaniya, Hindistan, Yaponiya, Meksika, Cənubi Koreya, İspaniya, İngiltərə və ABŞ-dır.