Ani çap etmə funksiyalı yeni kamera

Bu il 70 illiyini qeyd edən Polaroid şirkəti CES 2017 sərgisində Polaroid Pop kamerasını nümayiş edib.

Polaroid Pop adlanan cihazda miniatür korpusda 20 Mp icazəli rəqəmsal kamera və Zero Ink texnologiyasının istifadə olunduğu printer yerləşir. Texniki nöqteyi-nəzərdən Polaroid Pop əvvəlki Polaroid Z340 modelindən heç nə ilə seçilmir. Lakin dizaynı dəyişərək, cibə yerləşən artıq detallarsız rahat kameraya çevrilib. Kamera Full HD video çəkilişini dəstəkləyir. Printer 89 x 108 mm icazəli şəkilləri çap etməyə imkan verir. Çap üçün xüsusi kağızdan istifadə olunur. Polaroid Pop 2017-ci ilin dördüncü rübündə satışa çıxarılacaq.