Niderlandda qatarlar külək enerjisi ilə işləməyə başlayıb

Niderlandda bütün dəmir yolu qatarları küləklə işləyən elektrostansiyaların enerjisi ilə təmin olunmağa başlayıb.

Ölkə qatarlarının küləyin gücü ilə hasil edilən elektriklə təchiz olunmasına keçməsi Avropa dövləti ilə yanaşı, bütün dünya üçün əlamətdar hadisədir. Niderland dəmir yollarında qatarların hərəkətinin külək elektrostansiyalarının hasil etdiyi enerji ilə işləmə texnologiyasını tətbiq edən ilk ölkədir.

Məlumata görə, generatorun bir saat işləməsi qatarın 200 kilometr məsafəni qət etməsinə kifayət edəcək.

Bundan əvvəl Niderlandda qatarların külək elektrostansiyalarının enerjisinə keçməsi 2018-ci ilə nəzərdə tutulmuşdu.

Şərhini yaz