Robert de Niro “əsrin fırıldaqçısı”nı canlandırıb

HBO kanalı Robert de Niro və Mişel Pfayfferin iştirakı ilə çəkilən "Yalan ustası" filminin treylerini buraxıb.

Film tarixdəki ən böyük maliyyə piramidası və onun yaradıcısı - fırıldaqçı Berni Medoff haqqındadır. NASDAQ birjasının və Madoff Investment Securities şirkətinin təsisçisi olan Medoffu "əsrin fırıldaqçısı" adlandırırlar. 2008-ci ildə Medoff 20 il ərzində 65 milyard dollardan çox vəsait toplayan ən böyük maliyyə piramidasının yaradılmasında ittiham olunaraq həbs edilib. Bir il sonra isə o, günahkar olduğunu etiraf etdi. Hazırda 73 yaşlı Medof Şimali Karolina həbsxanasında 150 illik həbs yaşayır.

"Yalan ustası" televiziya filmi "Həqiqət və onun nəticələri: Medoffun ailəsində həyat" kitabı əsasında çəkilib. Kitabı jurnalist Lori Sandell Berni Medoffun oğlu Endryu ilə birlikdə yazıb. "Yalan ustası" filminin premyerası HBO kanalında may ayında baş tutacaq.

Şərhini yaz