“Volkswagen”dən elektrik mühərrikli ilk avtobus

“Volkswagen” şirkəti elektrik mühərriki ilə çalışan yeni miniven təqdim edib.

Hippi hərəkatı sayəsində bütün dünyada tanınan səkkiz yerlik I.D. Buzz mikroavtobusu elektrik mühərriklə çalışacaq. Mühəndislərin sözlərinə görə, tam enerji ilə model 600 km gedə bilər, 80% şarj olması üçün isə ona yarım saat vaxt lazımdır. I.D. Buzz həmçinin avtopilotla təchiz olunub. Lazer skanerlər, ultrasəs sayğacları, radar, frontal kameralar və naviqator sürücünü sərnişinlərlə danışdığı zaman (pilotsuz rejim zamanı onun kreslosu salona tərəf dönür) əvəz edə bilər.

Maşının bazarda debüt tarixi barədə şirkət heç bir məlumat verməyib. Ancaq bunun kifayət qədər qısa müddətdə baş tutacağı vurğulanıb.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.