Niyə pencəyin son düyməsini bağlamaq olmaz?

Kişilər tərəfindən ən çox verilən suallardan biri də pencəyin son düyməsini niyə bağlamaq olmazla bağlıdır. Bu xəbərdə biz sizə bu barədə danışacağıq.

Adətə görə pencəyin son düyməsini heç bir zaman bağlamaq olmaz. Bu dəb isə deyilənə görə kral Henri VIII tərəfindən gəlir. Onun düyməni bağlamamağının səbəbi çox kökəlməsi olmuşdur. Sonradan isə bu onda adət halını almışdır. Əgər siz VIII Henri qədər kökəlməsəniz də son düyməni bağlamayacaqsınız. Çünki bu çox zövqlü görünür.

Eyni zamanda pencəy əyninizə nə qədər düz tikilmiş olsa belə onun bütün düymələrini bağladığınız zaman içəri hissəsi dalğavari qalacaq. Bu da gözə çox pis gəlir. Ona görə də pencəyin aşağı hissəsinə sərbəstlik vermək lazımdır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.