Ronaldu subaylığın daşını atır

"Real"ının futbolçusu Kriştianu Ronaldu subaylığın daşını atmağa hazırlaşır.

Portuqaliyalı superulduz özünə toy etmək fikrinə düşüb.

Belə ki, Ronaldu hazırkı sevgilisi Corcina Rodrigeslə münasibətləri rəsmiləşdirmək niyyətindədir. Məlumat mətbuata futbolçunun dostları tərəfindən verilib.

Ronaldunun ispaniyalı modelin yanında özünü xoşbəxt hiss etdiyi və Corcinaya olan sevgisinin getdikcə artdığı bildirilir. Bu səbəbdən Portuqaliya yığmasının üzvü 21 yaşlı Rodrigeslə evlənməyi qərara alıb. Cütlük 2018-ci ilin yayında toy etməyi planlaşdırıb.

Ronaldu anasına gələcək planlarından danışıb və o da Kriştianunun Corcina ilə ailə həyatı qurmağına razılıq verib.