Özünü inkişaf etdirmək istəyən kişilər üçün 10 məsləhət

Özünü inkişaf etdirmək istəyən kişilər üçün 10 məsləhət.

  1. Az yatın. Bu sizin həyatınızın daha məhsuldar olması üçün ən gözəl seçim olacaq. Uğurlu insanlar ən çox 6 saat yatır. Çalışın 21 gün ərzində hər gün 1 saat tez yuxudan durasınız. Daha sonra bu adət halını alacaq. Bunu etdinizsə indi ay ərzində qalan əlavə 30 saatdan daha faydalı istifadə etməyi düşünün.
  2. Hər səhər özünüzə bir saat ayırın. Bu bir saatda özünüzü inkişaf etdirməyin yollarını düşünün. Eyni zamanda sevdiyiniz musiqiləri dinləyin. Bu sizin ruhunuzu dəyişəcək.
  3. Sizə vacib olan işlərin görülməsini təmin edin. Sizə vacib olmayan işlərin kölgəsində onların itməsinə imkan verməyin. Öz vaxtınızı düzgün idarə etməyi öyrənin.
  4. İdmana vaxt ayırın. İdman insanın inkişafına böyük təkan verir. Sağlamlığınızı qoruyun ki, görəcək işlərinizə vaxt ayıra biləsiniz.
  5. Hər zaman daxil olan zənglərə fərqli və rəsmi tonla cavab verməyə çalışın. Bu sizə zəng edən şəxsə göstərdiyiniz hörmətdir. Yaxşı maneralar çox vacibdir.
  6. Hər zaman üzərinizdə kağız və qələm olsun. Yeni gələn ideanı mütləq həmin kiçik vərəqlərə köçürün.
  7. Hər bazar günü axşamını özünüzə həsr edin. Bunu çalışın ki, adət halına çevirəsiniz. Tək qaldığınız halda gələn həftənin günlərini planlaşdırın. Bir söznən özünüzü yaxşı hiss edəcək işlərlə məşğul olun.
  8. Bunu unutmayın ki, keyfiyyətli həyat tərzi, keyfiyyətli yanaşmadan irəli gəlir. Ətrafdakılara fərqli yanaşdığınız qədər, özünüzə də fərqli yanaşın. Özünüzə dəyər verin və öz baxımlılığınızı qoruyun.
  9. Məqsədiniz üzərində fikirlərinizi toplayın. Sonda alacağınız nəticə üzərində yox.
  10. Hər gün səhər güzgü qarşısında dayanaraq 5 dəqiqə gülümsəyin. Gülüş bizi gözəl və xoşbəxt bir günə gətirib çıxara bilər. Eyni zamanda gülüş bədənin bütün orqanları arasında balans yaradır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.