Reklam kampaniyası gənc ifaçının Versus Versace brendi üçün yaratdığı yeni kolleksiyasının təqdimatına həsr olunub. Çəkilişlərdə Zeynlə birlikdə britaniyalı model Adva Aboa da iştirak edib. Malik tanınmış modelyer, Versace moda evinin kreativ direktoru Donatella Versaçenin dəvətilə kolleksiya hazırlayıb. Buraya həm kişilər, həm də qadınlar üçün geyimlər daxildir. Donatella bu əməkdaşlığı Versus üçün yeni eranın başlanğıcı adlandırıb. Zayn x Versus kolleksiyası may ayında satışa çıxarılacaq.