Arıqlamaq üçün yeməkdən sonra bunu edin

"Bu qədər asandır!" deyəcəksiniz.

Arıqlamaq üçün bəzi tövsiyələrə ehtiyacınız varsa, İtalyanlara qulaq asın. Bir çox İtalyan bunu edir. Xüsusilə də yeməklərdən sonra.
Gedin, gəzin və günəşin həzzini artırın. Hətta imkanınız varsa, dostlarınızla ya da ailənizlə birlikdə edin bu işi.
Arıqlamaq söz mövzusu olduğunda, faydalarını çox görəcəksiniz.

“Diabetes Caredə” iştirak edən alimlərin fikrincə, yeməkdən sonra 15 dəqiqəlik gəzinti, irəliləyən 24 saat ərzində qan şəkərinin tənzimlənməsini yaxşılaşdırır.

Bundan başqa, gündə məsələn 3 dəfə gəzinti etmək, masanızdan ya da kreslonuzdan qalxmanız mövzusunda da köməkçi olacaq. Stressinizi də azaldacaq.

Axşam yeməyindən sonra edəcəyiniz gəzinti isə, daha da faydalı olacaq: Çünki, daha yaxşı yatmanıza kömək edəcək.

Yaxşı bunu necə bacaraq? Axşam yeməyindən sonra televiziyanın qarşısına yapışıb qalmaqdansa, 15 dəqiqəlik gəzintiyə çıxmağı üstün tut. Bir neçə həftə sonra, bu vərdişinizi səhər saatlarına da əlavə edin. Hətta ofisdə günorta yeməklərinin ardından da bunu edə bilərsiniz.

Qısa gedişlər, həyatınızın bir hissəsi olsun.

Hazırda fit olduğunuzu düşünə bilərsiniz və gəzinti məsələsinin gərəksiz olduğuna inana bilərsiniz. Amma yanılırsınız. Fit olsaq belə həyat stresslə dolub daşıyır və gəzinti etmək də bu stressdən xilas olmaq üçün böyük yardımdır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.