12 dəqiqə ərzində evdə edə biləcəyiniz ayaqlar üçün məşq proqramı

Evdə edə biləcəyiniz bu məşq proqramı üçün heç bir avadanlığa ehtiyac yoxdur.

Sağlam bir ayaqlara sahib olmaq üçün böyük ağırlıqlara ehtiyacınız yoxdur. Sizə təqdim etdiyimiz bu ayaq məşqi, öz bədən ağırlığınıza söykənir.

Bu məşq, 3 fərqli çömbəlmək hərəkətinin (paralel, mərhələli, split) qarışığından ibarətdir. Çətinliklərinə görə qiymətləndirəsi olsaq, paralel çömbəlmək ən asanı, split çömbəlmək ən çətini və mərhələli çömbəlmək orta səviyyəli çətinlikdədir.

Hər bir hərəkət, alt gövdə əzələlərinizi fərqli şəkillərdə işlədəcək.

Təlimat:

Hər bir hərəkəti sıra ilə 30 saniyə ərzində etməyə çalışın. Hər hərəkət arasında isə istiraəhət etməsəniz daha yaxşı olardı.

Paralel çömbəlmək

Mərhələli çömbəlmək, sol qıç qabaqda

Split çömbəlmək, sol qıç qabaqda

Paralel çömbəlmək

Mərhələli çömbəlmək, sağ ayaq qabaqda

Split çömbəlmək, sağ ayaq qabaqda

1 dəqiqə istirahət edin. Bu, 1 proqram sayılır. Ümumilikdə 3-5 proqram sayda etməlisiniz bunu.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.