Günəş kremi alan zaman kişilərin diqqət etməli olduğu amillər hansılardır?

Dərinin rəngini tündləşdirmək istəyənlər günəş qəbul edirlər. Mütəxəssislər isə günəş kremləri ilə bağlı xəbərdarlıq edir.

Bəzən kişilər nəinki keyfiyyətinə, heç kremin hansı şəraitdə satıldığına da fikir vermirllər.

Həkimlər belə vasitələrdən istifadə zamanı diqqətli olmağı tövsiyyə edirlər. Mənşəyi bilinməyən kremlərdən istifadə sonradan dəridə sağalmaz xəstəliklərə yol aça bilər.

Krem alarkən sədəcə görünüşünə yox, tərkibinə, istehsal qaydasına da baxmaq lazımdır.

Belə kremlər müxtəlif tərkibli olur. Kremləri diqqətlə seçməli, dəri tipinə, rənginə və yaşa uyğun olub-olmadığı müəyyən edilməlidir.

Belə kremlərin saxtasından orijinalını fərqləndirmək üçün isə bir necə nüansa fikir vermək kifayət edir.

Ümumiyyətlə, normal kremlərin qiyməti 5 -30 manat arasında dəyişir.

Şərhini yaz