Galaxy Note 8-in qiyməti məlum oldu

Məşhur insayder Evan Blass, Galaxy Note 8 haqqında yeni məlumatları təqdim edib.

Evan Blass-ın məlumatlarına əsasən Galaxy Note 8, smartfon bazarında ən bahalı cihaz olacaq və o, Sentyabr ayının ikinci yarısında satışa çıxacaq. Qeyd etmək lazımdır ki, əvvəlki şaiyələrə əsasən smartfon bu ilin Avqust ayında satışa çıxmalı idi. Bundan əlavə olaraq Blass qeyd edib ki, yeni çıxacaq smartfonun qiyməti 900$ təşkil edəcək. Hal hazırda Galaxy S8-in qiymətini nəzərə alsaq, Galaxy Note 8 üçün bu cür qiymət göstəricisi çox böyükdür. Bir sıra məlumatlara əsasən Galaxy Note 8, 6.3 inç-lik ekran, Snapdragon 835 və ya Exynos 8895 prosessorları (hansı ölkələrdə satılacağından asılı olaraq), 6 GB RAM, 3300 mAh enerji tutumlu batareya və yeni S-Pen stilusu ilə təchiz olunacaq. Evan Blass qeyd edib ki, yeni modeldə barmaq izi skanı, Galaxy S8-də olduğu kimi arxa paneldə yerləşən kameranın yanında olacaq.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.