Qaranlıqda geyinmək sizə əlavə çəki qazandıracaq

Qaranlıqda geyinmək sizə əlavə çəki qazandıracaq.
Bədən kütlə indeksinizi aşağı salmaq üçün səhərlər pərdələri açın.
İşə çatmaq üçün tələsik etdiyiniz işlər arasına pərdələri açıb içəriyə bir az təbii işıq girməsini təmin etməniz, yaxşı olardı. Niyə? Ona görə ki, qaranlıqda hazırlanmaq vərdişi zəifləmə hədəflərinizi aşağı salır.
Northwestern Universiteti tərəfindən edilən və PLoS Onada yayımlanan bir araşdırmaya görə, Çikaqolu 54 yetkinin biləklərinə təqib cihazı yerləşdirilərək işığa məruz qalmaları və yuxu vərdişləri 1 həftə təqib edilmişdir. Ayrıca, iştirakçılar qidalanma gündəliyi tutdular və bunun sayəsində kalori qəbulu da izlənildi.
Bundan sonra günün erkən saatlarında işığa məruz qalan iştirakçıların bədən kütlə indekslərinin daha aşağı olduğu nəticəsinə gəldilər. İşıq alma saatında meydana gələn hər 1 saatlıq gecikməyə baxmayaraq, bədən kütlə indeksi dəyərində 1.28 artım meydana gəlirdi.
Gündəlik həyatınız üçün bütün bunlar nə anlama gəlir? Araşdırmaçılar, hər səhər oyandığınızda işığa məruz qalmanız lazım olduğunu söyləyir. Bir miqdar işiq qəbulu, ofisinizdəki parlaq daxili işıqlandırma işığına bərabərdir. Tezdən işıq almanın ən gözəl yolu təbii ki, səhər çöldə məşq etməkdir. Lakin sadəcə evinizin pərdələrini açmanız da işinizə yarayacaq.
İşıq məsələsini qeyri-ciddi qəbul etməyin. İşıq, həyatınızda yuxu vərdişlərinizə, qidalanmanıza, çəkinizə yaxşı təsir göstərəcək. Səhər pərdələri açaraq bir anda 5 kiloqram arıqlayacağınızı iddia etmirik. Lakin səhərlər bir az daha çox işıq qəbulu heç birimizə zərərli olmacaq.

Şərhini yaz