Stiv Cobsun qara “vodalazka”sı kütləvi istehsal ediləcək

"Apple" şirkətinin qurucusu Stiv Cobsun qara uzunboğaz köynəyinin ("vodolazka") kütləvi istehsalına başlanacaq.

Bu barədə yaponiyalı modelyer İssey Miyake bildirib.

Məhz Miyake bundan əvvəl bu növ geyimi iş adamı üçün yaradıb. Yaxın zamanlarda satışa çıxarılacaq yenilik qaldırılmış çiyin xətti və daha zərif siluetlə seçiləcək. Bununla belə, geyimin materialı və tikilmə prinsipi eyni olaraq qalacaq.

Gödəkcənin qiyməti 270 dollar təşkil edəcək. Stiv Cobs uzun müddət sevimli qara köynəyini geyinməyə üstünlük verib. Əslində onun belə paltarının sayı yüzlərlə ədəd idi.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.