Təziqi aşağı salmağın 9 təbii yolu

Ürəyinizi bu təbii üsullarla sığortalayın.

Yüksək təzyiqə bağlı ölüm nisbətləri sandığınızdan daha yüksəkdir. Ona görə, təzyiq problemini kiçik hesab etməməyiniz lazımdır. Hər hansı bir simptom yaratmasa belə, yüksək təzyiqə bağlı olaraq iflic, ürək böhranı və böyrək çatmazlığı meydana gələ bilir. Bir çox insan isə həyatlarına yüksək təzyiq problemi olduğunu bilmədən davam edirlər.

Təzyiqin aşağı salınması üçün dərman müalicəsi yaxşı bir variantdır. Lakin bunların da bir çoxunun yan təsirləri də var. Sevinməyə dəyər. Çünki təzyiqi təbii üsullarla də salmaq mümkündür. İlk olaraq sağlam bir çəkiyə sahib olun, sonra da bu tövsiyələrə qulaq asın. Yüksək təzyiqə qarşı ala biləcəyiniz 9 təbii tədbir:

1- Gəzintiyə çıxın

Yüksək təzyiq xəstələri, yeriyərkən təzyiqlərini 8 mmHgi 6 mmHgi endirə bilir. Məşq sayəsində ürəyiniz oksigeni daha məhsuldar istifadə etməyə başlayır.

Həftədə ən aız 30 dəqiqəlik gəzintiyə çıxın. Zamanla məsafəni və tempi artırın.

2- Dərin nəfəs alın

Yavaş nəfəs alma ya da yoqa kimi Meditatif üsullar sayəsində stress hormonunuzu azaldın. Stress hormonları, böyrək tərəfindən ifraz olunan və təzyiqi yüksəldən amillərdəndir. Səhərlər 5 dəqiqə dərin nəfəs alın və təzyiqinizi nəzarət altına alın.

3- Kartof yeyin

Kalium baxımından zəngin meyvə və tərəvəzlər, təzyiqin aşağı salınması üçün əhəmiyyətli qida qaynaqlarıdır. Gündə 4.700 mg kalium almağa çalışın. Şirin kartof, pomidor, portağal şirəsi, kartof, banan, yemiş və quru meyvələrə üstünlük verin.

4- Qara şokolad yeyin

Qara şokoladın tərkibi qan damarlarının daha elastik olmasını təmin edir və təzyiqin aşağı salınması ehtimalını artırır.

5- Bir az (amma həqiqətən bir az) spirtli içki için

Edilən bir araşdırmaya görə, az miqdarda spirtli içki qəbulu təzyiqi aşağı sala bilər. Təklif olunan miqdar 350 ml pivə ya da 150 ml şərabdır. Eyni miqdarda spirtli içki qəbulu, ürəyiniz üçün də faydalı ola bilər. Əsas olan odur ki, limiti aşmayın.

6-Kafeinsiz qəhvəyə yönəlin

Kafein, qan damarlarını daraldaraq stressin təsirlərini artıra bilər. Stress altında olduğunuz zaman isə ürək daha çox qanı nasosla vurmağa başlayır və təzyiq də yüksəlir. Ona görə də kafensiz olanlara üstünlük verin.

7- Masadan uzaqlaşın

Ofisdə həftədə 41 saatdan çox işləmək, hipertoniya riskinizi 15% nisbətində artırır. Masanızdan qalxın və məşqə başlayın. Sağlam qidalanmağı da unutmayın.

8- Musiqilə təziqi aşağı salın

İtaliyada edilən bir araşdırmaya görə, doğru musiqi seçimləri sayəsində təzyiqinizi sala bilərsiniz. Rahatlaşdırıcı musiqilər dinləyin və təsirlərini hiss edin. Musiqi dinlərkən yavaş nəfəs alın.

9- Xoruldamaya qarşı tədbir görün

Xoruldama təzyiqin yüksəlməsinə gətirib çıxarır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.