Bir kasa səhər yeməyi

Ürək dostu, lif zənginliyi və bir nəfərlik bu ləzzətli səhər yeməklərinə görə səhər yuxudan tez qalxmağa dəyər.

  1. YULAF UNLU YUMURTA

Günə yumurta yeyərək başlamağı sevirsinizsə, onu yulaf unuyla zənginləşdirin.

Lazım olan ərzaqlar:

2 qırmızı soğan (doğranmış)

120 ml toyuq suyu

28 qr yulaf unu

2 böyük yumurta

1 qırmızı turp (dilimlənmiş)

½ avokado (dilimlənmiş)

Soğanı orta temperaturda, 1 çay qaşığı zeytun yağı ilə 2 dəqiqə bişirin. Toyuq suyunu əlavə olaraq qaynadın. Yulaf ununu qarışdırıb kasaya əlavə edin. Yumurtaları 1 çay qaşığı zeytun yağında bişirin. Yumurta, turp və avokado dilimlərini kasaya əlavə edin.

Nəticə : 466 kalori, 18 qr zülal, 34 qr karbohidratlar (6 qr lif), 30 qr yağ

2. MEYVƏLİ VƏ BULQURLU SƏHƏR YEMƏYİ

Bir qaşıqla siz özünüzü yatağınızdan qalxıb tropik adada qumun üzərinə gəzmiş kimi hiss edəcəksiniz.

Lazım olan ərzaqlar:

30 qr bulqur

1 narinci (mandarin) (soyulmuş dilimlənmiş)

1 kivi (soyulmuş dilimlənmiş)

1 x/q hindistan qozu

Bir neçə dənə nanə yarpağı

Mikrodalğalı sobaya girən bir qabda, bulquru 120 ml su ilə qarışdırıb bir az duz əlavə edin. Üzərini bağlayıb yüksək istilikdə 5 dəqiqə mikrodalğalı sobada bişirin. Daha sonra 2 dəqiqə istirahət verin. Qarışdırın, meyvələr və nanə yarpaqlarını içərisinə əlavə edin.

Nəticə : 269 ​​kalori, 7 qr zülal, 52 qr karbohidratlar (9 qr lif), 5 qr yağ

3. MORUQLU İRMİK SIYIĞI

İstər gecədən hazırlayın istər səhərdən, istər isti-isti qaşıqlayın, istər soyuq.

Lazım olan ərzaqlar:

50 qr dondurulmuş moruq

1 x/q ağcaqayın siropu

3 x/q irmik sıyığı (irmik südlə bişirilməsi ilə hazırlanır)

2 x/q qoz, parçalanmış

2 x/q krem

Moruğu 240 ml su və bir az duzla qazana atıb, 8 dəqiqə qaynadın. Siropu və irmik tozunu əlavə edin. Altını yandırıb bir neçə dəqiqə bişirin. Qazanı ocaqdan götürüb qarışdırın. Dərin bir kasaya əlavə edib, qoz və kremi üzərinə əlavə edin.

Nəticə: 355 kalori, 7 qr zülal, 47 qr karbohidratlar (5 qr lif) 17 qr yağ

4. 1 DƏQİQƏDƏ YULAF SIYIĞI

Gecədən hazırlanıb gözlədilən bu səhər yeməyi, səhər məşq edənlər üçün idealdır.

Lazım olan ərzaqlar:

40 qr yulaf əzməsi

120 ml süd

2 x/q kakaolu zülal tozu

1 banan (dilimlənmiş)

75 qr giləmeyvə

Mikrodalğalı sobaya girən bir qabda və ya qapaqlı kasada yulaf, süd və protein tozunu qarışdırın. Qapağını bağlayın və bir gecə soyuducuda saxlayın. Səhər qapağını açıb, mikrodalğalı sobada 1 dəqiqə qızdırın. Sonra giləmeyvələri də əlavə edib yeyin.

Nəticə: 432 kalori, 22 qr zülal, 72 qr karbohidratlar (9 qr lif), 9 qr yağ

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.