Çox təəssüflənirəm ki, səni aldatdım

Bu cümləni qurmanız və ya özünüzə saxlamanız lazım olan vəziyyətləri bilin.

Bir səhv etdiniz və özünüzü bir çıxılmaz bir vəziyyətin içində tapdınız: Ona söyləməlisinizmi, yoxsa bu sirr sizinlə birlikdə məzara mı getməlidir? Bəzi cütlüklərdə gerçəklərin ortaya tökülməsi, bir-birlərinə qarşı tamamilə açıq və dürüst bir şəkildə əlaqələrini təmir etmələri təhlükəli ola bilər. Yaxşı bəs hansı vəziyyətdə dürüstlük sizi qurtara bilər? Evlilik məsləhətçilərinə soruşduq, sizin və tərəfdaşınızın ən az zərərlə sovuşdurmasını təmin etmənin yollarını öyrəndik.

Gəlin, etiraf edin

Bir anlıq zəyiflik edib ona xəyanət etmisinizsə bunu bağışlamaq olar. Amma bir başqasıyla uzun müddətdir görüşürsünüzsə, hələ bu qadına qarşı hissləriniz də varsa, partnorunuzla danışmanız mütləqdir. Amma bir şərtlə. İlk olaraq. Özünüzə verəcəyiniz və cavab alacağınız 3 sual var. Bu qadını davamlı düşünürsünüzmü? Onu axtarmaq və ya ona mesaj atmaq üçün davamlı fürsət gözləyirsiniz? Partnorunuzu ona görə tərk etməyin xəyalınımı qurursunuz? Bu suallara cavab tapa bildinizsə deməli, romantik bir bağla o insana bağlısınız.  Belə olduğu halda bunu ailənizə bildirməlisiniz. Çünki belə halda sizi ailəyə bağlayacaq, ortaq münasibət yoxdur. Əgər əlaqənizi qurtarmaq istəyirsinizsə, bu problemləri müzakirə etməyiniz mütləqdir. Sizdən əvvəl partnorunuz bir şeylərin mövcudluğunu hiss edərsə və birbaşa soruşsa da düz olanı söyləyin. Bu nöqtədə yaxşı xəbərimiz var: Dürüstlüyünüz əlaqənizin güclənməsini təmin edə bilər. Bunu edən evli cütlüklərin statistikasında o andan etibarən daha sağlam bir ailə münasibətləri olduğu ortaya çıxmışdır.

Yaxşısı, bunları özünüzdə saxlamaqdır.

Bu sualların cavabını özünüzə verə biləcəksinizmi? Tamamilə anlıq inkişaf edən bir vəziyyət idi? Sekslə məşğul olan zmaan qorxdunuz? Çox peşmansınız? Eyni bir hal baş verərsə özünüzə dayan deyə biləcəksinizmi? Bu suallara normal cavablar verdinizsə, bu barədə həyat yoldaşınıza heç nə deməsəniz daha yaxşı olar.

Sədaqətsizlik necə etiraf edilir?

Dürüstlük yolunu seçmisinizsə, ona ən az zərər verəcək şəkildə bunu etmək üçün ilk qayda: danışmazdan əvvəl öz səhvlərinizə fokuslanın, onun səhvlərinə yox. Bunun üçün bu sözlərdən istifadə edin : "Etiraf edirəm çünki aramızdakı etibarı yenidən inşa etmək istəyirəm. Böyük bir səhv etdiyimin fərqindəyəm”. Hər şeyi olduğu kimi danışdınızsa, hadisənin üstünün dərhal bağlanmasını gözləməyin.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.