Niyə atalar analardan fərqli olaraq daha rahat yatırlar?

Çaşdırıcı bir həqiqət: Yoldaşınızın olmayan yuxu nizamının tək məsuliyyətlisi körpəniz deyil.

Uşağınız varmı? Əgər belədirsə, yoldaşınız bəlkə sizdən çox daha tükənmiş vəziyyətdədir. Yeni edilən bir araşdırmaya görə, uşaq sahibi olmaq, qadınların yuxu nizamını məhv edərkən, kişilərin yuxu nizamı üzərində bir təsiri yoxdur.

Araşdırmaçılar, evdə uşağın varlığının, 45 yaşdan aşağı qadınlarda yuxu nizamının üzərindəki yeganə faktor olduğu nəticəsinə gəliblər. Hətta, uşaq sayındakı hər bir artım, qadınların yuxu məhrumluğu səviyyəsini az qala 50% daha da artırır.

Araşdırmanın nəticələrinə görə, uşaq sahibi qadınların yarısından azı 7 saatlıq yuxu limitinə çata bilir. 7 saatdan az yatmayan uşaqsız qadınların nisbəti isə 62 %-dir.

Yuxusuzluq isə qadınların tükənməsinə gətirib çıxarır: Uşaq sahibi qadınlar, bir ayın ortalama 14 gününü özlərini yorğun hiss etdiklərini söyləyərkən, uşaq sahibi olmayanlar ayın 11 günü yorğun olduqlarını ifadə ediblər.

Uşaq sahibi olmaq qadınların həyatına mənfi təsir göstərir. Kişilər üzərində hər hansı bir dəyişikliyə rast gəlinməmişdir. Çünki araşdırmaya görə, evdə uşaq olması ilə kişilərin yuxu müddəti arasında heç bir qarşılıqlı ziddiyət mövcud deyil.

Əgər uşaq sahibisənsə, məsuliyyəti yoldaşınızla paylaşmağa səy göstərin və yükünü yüngülləşdirin. Hətta belə deyək: təsirinə tərəf bir az da siz olun.

Keçmişdə edilən araşdırmalara görə, uşaq baxımı mövzusunda yoldaşı ilə bərabər məsuliyyət alan qadınların əlaqələri və seks həyatları daha keyfiyyətli olur. Bu tip qadınlar partnyorları ilə daha az mübahisə yaşayırlar. Bu da təbii ki, xoşbəxtlik deməkdir.  Həm yoldaşınızın həm də dolayı yolla sizin xoşbəxtliyiniz üçün, uşağınızın məsuliyyətindən qaçmayın.

Şərhini yaz