PlayStation dövrü bitir

PlayStation Now adlı bulud xidmətinin dəstəklədiyi oyun sayı 500-ü keçdi.

Belə ki, artıq PlayStation 4 oyunları da bu xidmət üzərindən PC və digər cihazlarda oynanıla biləcək.

"Sony"nin açıqlamasına görə, oyunları satın almadan da sistemə yükləyərək PlayStation 4-ü konsollarda və PC-də oynamaq mümkün olacaq.

Qeyd edilib ki, bu günə qədər PlayStation 3 və əvvəlki nəsil oyunları ehtiva edən PS Now xidməti artıq PS4 oyunlarını da əhatəsinə alıb.

Ayda 20 dollar ödənişlə istifadəsi mümkün olan PS Now-da artıq 20 ədəd PS4 oyunu mövcuddur. Bunlar arasında Killzone Shadow Fall, WVE 2K16, Darksiders II Deathinitive Edition və God of War 3 Remastered da var.

Şərhini yaz