Ürəyinizi qorumaq üçün nə qədər yürüş etmək lazımdır

Hərəkətə keçməniz, ürəyiniz üçün çox daha yaxşı olacaq.

Ürəyinizi qorumaq üçün gündə azca yürüş etməyinizin kafi olduğunu düşünürsünüzsə,  bir az daha çox yürüş etməyin lazım olduğunu söyləmək bizim boynumuzun borcudur.

Birləşmiş Ərəb Əmirliklərində aparılan  yeni bir araşdırmaya görə, ürəyinizi oturaraq həyatın zərərlərindən qorumaq üçün düşündüyünüzdən daha çox yürüş etmək lazımdır.

Araşdırmaçılar, 111 məmurun həftəlik fəaliyyətlərini müşahidə etdilər və bu kəsləri ofis işçiləri olaraq iki ayrı kateqoriyalara ayırıblar. Ayrıca, iştirakçıların heç birisi keçmişdə siqaret çəkməmişdir, spirtli içki qəbul etməmişdir və infarkt, iflic, ürək narahatlığı, diabet və ya yüksək təzyiq kimi sağlamlıq problemləri də olmamışdır.

Oturaraq işçilərin  bel ətrafları daha geniş idi. Ayrıca, ürək-damar xəstəliyi riskləri də daha yüksək idi. Eyni zamanda onlarda pis xolesterol səviyyələri yüksəlmişdir və yaxşı xolesterol səviyyələri də aşağı düşmüşdür.

Lakin elə görünürdü ki, bütün bu mənfiliklərin də dərmanı var idi: Gündə 15.000 addımdan çox yürüş edənlər , bütün gününü oturaraq keçirənlər ilə müqayisədə ürək sağlamlığı baxımından ən aşağı riskə sahib olanlar idi.

Bu araşdırma, iş yerində kifayət qədər hərəkət etmə şansı olmayan kəslərin nizamlı fəaliyyətlər etmələri lazım olduğunun əhəmiyyətini bir daha vurğulayır.

Əgər hər gün yürüş etməyəcəksənsə (təbii fiziki fəaliyyət baxımından tək variantınız gediş də deyil) iş yerində kiçik fəaliyyət fasilələri etməlisiniz. Məsələn, günorta yeməyinə gedərkən, iclas  üçün üst mərtəbəyə çıxarkən pilləkənlərdən istifadə edə bilərsiniz. Vaxtınız çoxdursa, axşam saatlarında bir miqdar məşq planı da edə bilərsiniz.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.