3 hərəkətlə daha böyük qollar

Bisepslerinizi, trisepslerinizi və ön qol əzələlərinizi bu 3 hərəkətlə işlədin.

Yay aylarını yaşayırıq. Yəni, dənizdə daha seksual görünmək istəyi bizdə artır. Ona görə, əzələlərə bir az daha çox investisiya etməniz gərəklidir. Yay aylarında ən çox diqqət çəkən əzələləriniz arasında qol əzələlərinizin olduğu da açıq aşgar görünür.

O halda bir az qollara sərmayə qoymağın zamanıdır. Bütün qol əzələlərinizi işlədəcək 3 hərəkəti sizə təqdim edirik.

Underhand pull-ups: Biceps

Barfiks barından əlləriniz çiyin genişliyində olacaq şəkildə tutunun. Dirsəklərinizin tamamilə açıq olduğundan əmin olun. Sinəniz sürətlə barı keçənə qədər yüksəlsin. Gözləyin və yavaşca başlanğıc mövqeyinə qayıdın. 8 təkrarla 3 set edin.

Pull-over to fly: Sinə və Biceps

Hər iki əlinizdə də yüngül bir ağırlıq tutarkən taxtaya uzanın. Ombanızı yüngülcə yuxarı qaldırın. Ağırlıqları sinənizdə birləşdirin. Dirsəkləriniz bütün hərəkət ərzində 30 dərəcə bükülü olsun. Qollarınızın üst qisimi gövdənizə paralel olana qədər ağırlıqları salın. Sonra eyni yolu izləyərək ağırlıqları yuxarıya, başlanğıc mövqeyə qaldırın. Ardından, qollarınızı yana doğru alçaldaraq fly hərəkəti edin. Yerə paralel hala gəldikləri zaman durun və başlanğıc mövqeyə dönün. 8 təkrarla 4 set edin.

Fingertip press-up: Triceps və Ön qol

Press-up mövqeyinə gəlin. Əlləriniz, çiyin genişliyində açıq olsun. Barmaq uclarınızdan yüksəlin. Sinəniz yerə 2-3 santimetr qalana qədər yaxınlaşın və qollarınızı tamamilə düzləşdirəcək şəkildə yerdən qalxın. 8 təkrarla 3 set edin.

Setlər arası istirahət müddətinizi artırmanız, ön qollarınızı və barmaqlarınızı rahatlaşdıracaq.

Şərhini yaz