Sizin çimərlik geyimləriniz sizin haqqınızda nə deyir?

Bizdən soruşulandakı əslində kişi çimərlik geyimi hansı uzunluqda olmalıdır, biz bu suala cavab verə bilmirik. Çünki bu zövqə bağlı olan bir şeydir.

  1. Həddindən çox qısa olan çimərlik geyimləri

Bu növ çimərlik paltararını geyinmək üçün ya siz çox gözəl bədənə sahib olanlardansınız, ya da Sovet dövründən qalmış ideal üzməyi bacaranlardansınız. Hansılar ki, ətrafdakıların sizin haqqınızda nə düşünəcəyi önəmli deyil. Bu növ çimərlik geyimləri sizin bütün cinsi orqanınızı şəkilləndirəcək formada göstərmiş olacaq. Bu haldan qadınlar zövq alacaq, yoxsa iyrənəcək bunu artıq biz deyə bilmərik.

2. Əyninizə yapışacaq formada olan çimərlik geyimləri

Bu növ çimərlik geyimləri yalnız və yalnız idman bədənlilər üçün nəzərdə tutulub. Eyni zamanda birinci təqdim etdiyimiz formadan ciddiliyi ilə fərqlənir.

3. Bir az uzun formada olan çimərlik geyimləri

Bəzi kişilər çimərlik geyimlərinə öz şalvarlarına yanaşdıqları kimi yanaşırlar. Düyməsi olmalıdır, cibləri olmalıdır və s. Bu silsilədən olan çimərlik geyimlərini adətən daha səliqəli kişilər əldə edir.

4. Rəngarəng və daha enli çimərlik geyimləri

Bu çimərlik paltarını seçmək üçün sizin ya çəkiniz bir az artıq olmalıdır, ya da su idman yarışları ilə maraqlananlardan olmalısınız.

5. Sakit rənglərdən olan və bir az uzun çimərlik geyimləri

Siz dənizdə qaralmağı sevməyənlərdənsinizsə və sizi dəniz məcburi gətiriblərsə onda bu növ çimərlik geyimləri əsl sizlikdir. Çünki bu formalı çimərlik geyimlərinin üzərindən t-shirt geyinərək, dəniz qırağındakı restoranlara gedə bilərsiniz.

6. Ancaq rezinlə bərkidilmiş sadə çimərlik geyimləri

Dənizə getməyi özünüzə xoşbəxtlik kimi sayırsınız? O zaman bu növ çimərlik geyimləri əsl sizlər üçündür. Eyni zamanda bu növ çimərlik geyimləri daha tez quruyur.

Şərhini yaz