Mükəmməl saçlar üçün həftədə 1 dəfə bunu edin

Yalnız 10 dəqiqəyə və bir məhsula ehtiyacınız var.

Bəzi kişilərin həqiqətən də möcüzəvi saçları var. Həcimlidirlər, yumuşaqdırlar və asanca forma ala bilirlər. Qısacası, sağlam saçlardır. Bəs bunun sirri nədir?

İşin sirrini tam olaraq açıqlaya bilməyimiz mümkün deyil. Lakin qüsursuz saçlara sahib olmaq üçün verə biləcəyimiz möcüzəvi bir tövsiyyəmiz var: Həftədə 1 dəfə bunu etmək lazımdır. Necə edəcəksiniz? İlk olaraq, sulfatsız şampun və saç kremi istifadə etməniz lazımdır. Bu məhsullarda, saçlarınıza zərər verən və saçlarınızın qurumasına yol açan zərərli kimyəvi maddələr yoxdur. İkinci olaraq, saçlarınızı təbii yağlardan məhrum qalmaması üçün saçınızı hər gün yumanıza ehtiyac yoxdur. Eyni zamanda, saç qurutma maşınını də nəzakətlicə istifadə etməli və saçınıza zərər verməsinin qarşısına keçməlisiniz. Üçüncü olaraq isə saçlarınıza saç maskası tətbiqi də lazımdır. Hər iki üsul da saçlarınızın quruluşunu düzəldəcək və daha keyfiyyətli hala gətirəcək.

Ancaq bunları hər dəfə etməmənizə ehtiyac yoxdur. Çünki təcrübəyə əsasən bunları tez-tez etdikdə, saçdakı nəmlilik miqdarı çox arta bilər və bu səbəbdən də saça zərər gələ bilər. Həftədə bir dəfə bunları tətbiq etməniz ideal olacaq. Duşdan əvvəl saçınıza qulluq tətbiqi edin, saç diblərindən çox saç uclarına fokuslanın. Saç diblərinə yaxınlaşmanız, baş dərisinin yalnız yağlanmasına gətirib çıxaracaq. Tətbiqi edin və 10-15 dəqiqə gözləyin. Saçınızı qurulayın və istədiyiniz kimi şəkilləndirin.

Şərhini yaz