Duz ürəyinizi qoruya bilərmi?

Uzun zamandır ki, duz ancaq günahlandırılır. Lakin duz, ürək sağlamlığı üçün faydalı ola bilər.

Söz mövzusu sağlamlıq olduğunda, duz, köhnədən bəri bir nömrəli sağlamlıq düşməni olaraq qeyd edilirdi. Tufts və Massachusetts Universitetləri tərəfindən edilən son araşdırmalarda da həddindən artıq duzlu fast food növü qidaları 2 tip diyabet və piylənmə formasına yol açdığını da görürük.

Yaxşı həqiqətən də duz bu qədər günahkardırmı? Keçmişdə tez-tez iddia edildiyi kimi, duz, həqiqətən də ürək böhranına ya da yüksək təzyiqə səbəb olurmu? Əslinə baxsanız, bir çimdik duz, sağlamlığınız baxımından faydalı ola bilər.

McMaster Universiteti tədqiqatçılarına görə, az duzlu qidalanma sağlam kişilərdə ürək xəstəliyi riskini artırma potensialına sahibdir. Hər nə qədər yüksək təzyiq xəstələrinin duz mövzusunda diqqətli olmaları lazımdırsa da, insanların ümumi nisbətinə baxıldığı zaman, duzun az qəbul edilməsi erkən ölüm riskini belə artıra bilər.

Təbii ki, həddindən artıq duzlu qidalar sağlamlığımızı təhdid edir. Lakin həddindən artıq duzlu qidalanmada, duzun özünü günahlandırmaq yersizdir. Çünki duz, bədəndəki maye tarazlığının təmin edilməsində, sinir siqnallarına, amin turşusu və qlükoza sorulmasında rol oynayır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.