Qida zəhərlənməsi, yoxsa sadəcə adi qarın ağrısı?

Qarın ağrısı ilə qida zəhərlənməsi arasındakı fərqləri öyrənin.

Qarınınız faciəvi şəkildə ağrıyır. Tualetin qapısına dayandığınızda, tək bir sual qalır: "Qarın ağrımızın səbəbi virus kimi bir şeydir, yoxsa yalnız yediyim bir şeydənmi təsirləndi?"

Ətrafda, mədə virusları və qida zəhərlənməsi eyni təsirləri və hissi yaratmış kimidir. Bu səbəblə də qarnınız ağrıyarkən ağılınıza hər iki ehtimalın də gəlməsi normaldır. İstər inanın istər inanmayın, hər ikisinin də təsirlərinin eyni olması heç də təsadüfi deyil. Hətta bunun tibbdə bir şərhi də var. Saddleback Memorial Medical Centerdən Gastroenterolog Dr. Kətan Shah, qida zəhərlənməsi ilə mədə iltihabının bir-birindən ayırd edilə bilməsi çox vaxt çətindir. Çünki eyni bakteriyalar ya da viruslar həm insanlarda həm də qidalarda yaşaya bilər və bu səbəblə də xəstəliklər oxşardır.

Lakin daha diqqətli araşdırdığınızda, hər ikisinin də özünə xas əlamətlərini ayırd edə bilərsiniz.

Səbəblər:

Qida zəhərlənməsinin səbəbi qidalar, mədə iltihabının səbəbi viruslardır. İlk olaraq, oxşarlıqlardan başlayaq. Kətan Shah, hər iki xəstəliyin də bakteriya ya da virus qaynaqlı olduğunu söyləyir. Aralarındakı fərqin ayırd edilməsi isə, bakteriya ya da virusa necə məruz qaldığınızı araşdırmaya başlamanız ilə mümkündür.

Qidaların yanında yoluxmuş birinə, paltara və s. məruz qalmanız da mədə iltihabına yol aça bilər. Yəni, qarnınız ağrımağa başladığı zaman, əvvəl bir keçmişə dönün və özünüzə son bir neçə gün içərisində mədənizdə problem yaşayan bəziləri ilə təmas qurub qurmadığınızı, metrodan ya da avtobusdan endikdən sonra əlinizi yuyub yumadığınızı yada salın.

İfadə olunması:

Kətan Shah, həm qida zəhərlənməsinin həm də mədə iltihabının ortaq simptomlar saxladığını bildirir. Bu özünü ifadə etmə formaları isə hərarət, üşütmə, iştahta azalma, mədə bulanması, əzələ və oynaq ağrısı, qusma və baş ağrısı olduğunu söyləyir. Vəziyyətin qida zəhərlənməsi ya da mədə iltihabı olub olmadığının başa düşülməsi adına baxılacaq şey isə, simptomların hansı müddətdən sonra başlamasıdır.

Qida zəhərlənməsindən qaynaqlanan simptomlar adətən yeməkdən bir neçə saat sonra meydana gəlir. Mədə iltihabında isə meydana gələn əlamətlər 24-48 saat içərisində görülməyə başlanır.

Simptomların nə qədər çox davam etməsi də əhəmiyyətlidir. Əgər qarnınızdakı vəziyyət bir neçə gün davam edirsə, qida zəhərlənməsindən şübhələnməkdən imtina edə bilərsiniz. Mədə iltihabı adətən 1 həftə davam edir.

Hər iki xəstəlik üçün də bol su içmək vacibdir. Şəkərli içkilərdən və meyvə sularından uzaq durun. Bu içkilər, mədənizdə işləri daha da gərginləşdirəcək

Əgər baş verən vəziyyətdən xilas ola bilməyəcəyinizi düşünürsünüzsə, mütləq həkimə müraciət edin.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.