Niyə biz gecələr yatırıq?

Atalarımızın yuxu vərdişləri bu günkündən daha çox fərqli ola bilər.

Yetərli miqdarda yatmaq, sağlamlığınızı qorumaq baxımından olduqca əhəmiyyətlidir. Çəkinizi tənzimləməniz, stressinizi idarə altında saxlamağınız, zehninizi və yaddaşınızı aydın tutmanız və əhvalınızı yaxşılaşdırmaq üçün yuxunuzun nizamlı olması şərtdir. Bu mövzuda şübhə yoxdur: Yuxu, sizin üçün yaxşı bir şeydir və mütəxəssislər israrla gecələri 8 saat keyfiyyətli yuxu yatıb dincəlməyiniz lazım olduğunu söyləyir.

Ancaq qəribə bir şəkildə, yuxu formamız son 200 ildə kəskin bir şəkildə dəyişib. Əslinə baxsanız, atalarımız bütün gecə ərzində yatmırdılar. Hətta, bəzi alimlər, atalarımızın iki hissəli yuxu yatdıqlarını iddia edirlər. Tarixçi Roger Ekirch, erkən müasir Avropa və Şimali Amerikada insanların "ölü" və "səhər" olmaq şərtilə iki ayrı mərhələdə yatdıqlarını ifadə edir. Bu yuxu şəkli isə Braziliya, Nigeriya və Orta Amerikadakı digər mədəniyyətlərin yuxu vərdişləri ilə də üst-üstə düşürdü.

Bəs bu yuxu nizamını dəyişdirən nə idi? Hər şeydə olduğu kimi, texnologiya yenə də öz işini görür. Süni işıqlandırma qlobal mənada yayıldığında, insanlar, qaranlıqda edə bilmədikləri işlərin bir anda edilə biləcəyinin fərqinə varmağa başladılar. Bu da yatağa girilən müddətin daha da uzanmasına səbəb oldu. Yuxu mərhələlərini ayıran xətt də yox olmağa başladı. Beləcə, gecə saatlarında tək mərhələli yuxuya keçilmiş oldu.

Şərhini yaz