Niyə meyvələri soymadan yeməlisiniz?

Meyvə və tərəvəz qabıqlarının sağlamlıq faydalarını gördükdən sonra fikriniz dəyişəcək.

İşdən çıxıb qarınınız ac bir şəkildə evin qapısından içəri daxil olanda, etmək istədiyiniz ən son şey kartof qabığı soyaraq vaxt itirməkdir.

New York Citydən qidalanma mütəxəssisi Carolyn Brownun sizlərə mükəmməl bir xəbəri var: Əslinə baxsanız, meyvə və tərəvəz qabığı soymaqla vaxt itirməyinizə heç də ehtiyac yoxdur. Niyə? Çünki bu qabıqlarda antioksidan, vitamin və lif kimi sağlamlığınıza faydalı bir çox şey var. Meyvə və tərəvəzlərin qabığını soyduğunuzda isə, əlavə görəcəyiniz faydalardan da məhrum qalırsınız.

Məsələn almanı ələ alaq. Almada olan C vitamini, kalium və A vitamini kimi qida elementlərinin 3-də 1-i qabıq hissəsində iştirak edir. Oxşar bir vəziyyət, kartof üçün də keçərlidir. Kartofda olan lif miqdarının yarısı qabığındadır. Hətta, qabıqdakı dəmir və kalsium miqdarı da kartofun özündən daha çoxdur.

Brownun təklifi, alma, armud, xiyar, kök, badımcan, şaftalı, ərik, kartof və şirin kartofu qabığı ilə birlikdə yeməyinizdir.

Sitrus meyvələri qabıqlarını da atmayın. Qabıqlardan əldə edəcəyiniz fayda, balıq ya da toyuq yeməklərinizə əlavə ləzzət qatacaq.

Bunu da əlavə edək: Ananası qabığı ilə yeməyi əsla söyləmirik. Qabıq mövzusunda mümkün olduğu qədər dözümlülüklü davranın, yetər. Qabıq qisimi yeyilməyən formadadırsa, təbii ki, yeməyin.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.