Kişi qarderobunun 10 ən dəbli əşyası

  1. Dəbli uzunboğaz çəkmə

Aksessuar və ayaqqabı kişi qarderobunun əsaslarındandır. Bu işdə xəsislik etmək olmaz. Buna görə də çalışın bir neçə ədəd bahalı və dəridən olan uzunboğaz çəkmə alasınız.

2. Dəri gödəkçə

Dəri gödəkçələr hər zaman dəbdədir. Bu işdə də xəsislik etmək olmur. Hansı formalı gödəkçə seçməklə bağlı biz sizə məsləhətlər verməyəcəyik. Bu sizin seçiminizdir.

3. Səni heç bir zaman yolda qoymacaq dostun olan cins şalvarlar

Bu şalvarlar əvəzolunmazdır və hər bir kişinin qarderobunda olmalıdır. Bu işdə məsləhət verməyə dəyməz. Amma seçim etməkdə çətinlik çəkirsinizsə o zaman tünd rəngdə olanlara üstünlük verin.

4. Klassik kostyum amma tünd göy rəngdə olan

Tünd göy rəngdə olan kostyumlar dəbli görünür. Eyni zamanda tünd göy rəng bu ilin trendlərindəndir. Burada da seçim sizin özünüzündür. Lakin iş üçün kostyum seçəcəksənizsə, o zaman tünd rənglərə üstünlük verin.

5. Bleyzer amma o da tünd göy rəngdə

Bleyzer universal geyim formasıdır. O çox anlarda istifadə edəcəyiviz bir əşyadır. Buna görə də hər bir dəbli kişinin qarderobunda olmalıdır. Soruşa bilərsiniz ki, bəs niyə tünd göy rəng? Bu sualın cavabını öndəki seçimlərdə bildirmişdik.

6. Şəkilli köynəklər

Şəkilli köynəklər geyinməkdən utanmayın. 2014-cü ildən etibarən onlar hər il dəbdədir. Hətta ən çılpaq rənglərdən də istifadə edə bilərsiniz. Amma elə edin ki, üzərinizdə olan digər geyimlərlə uyğun gəlsin.

7. Kəpənək və qalstuklar

Bütün dəbli qarderoblar üçün əla aksessuarlardır. Amma onları açıq boğaza taxmayın və ya adi jiletlərin üzərində istifadə etməyin.

8. Pul kisəsi

Hər bir özünə hörmət edən kişinin keyfiyyətli bir pul kisəsi olmalıdır. Bu mövzuda əlavə edəcək başqa sözümüz yoxdur.

9. Saat

Pul kisəsi kimi saat da kişi qarderobunun əsas hissələrindəndir.

10. Çanta

Bu aksessuara həqiqətən də çoxlu pul xərcləməyə dəyər. Çünki bu aksessuar kişilər üçün böyük statusdur. Onu hər hansı bir idman çantası ilə əvəzləmək olmaz.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.