Problemlemlərin əsas səbəbi bizim beynimizdədir

Müəllimə su ilə dolu stəkanı qaldıraraq tələbələr sual verdi :

  • Sizcə bu stəkanın ağırlığı nə qədərdir?
  • Təqribi 200 qram – tələbələr cavab verdi.
  • Gördüyünüz kimi elə də ağır çəkiyə məxsus deyil, - müəllimə bildirdi və sual verdi: - Bəs sizcə mən bu stəkanı bir neçə dəqiqə saxlasam nə baş verəcək?
  • Demək olar ki, heç nə olmayacaq.
  • Düzdü. Bəs mən bunu bu formada bir saat saxlasam nə olacaq?
  • Sizin əliniz yorulacaq.
  • Bəs mən bunu bir neçə saat əlimdə saxlasam?
  • Sizin əliniz ağrıyacaq.
  • Düzdü. Bəs mən bu stəkanı bir gün əlimdə saxlasam nə baş verəcək?
  • Sizin əliniz iflic ola bilər. Hətta əlinizi kəsə bilərlər. – uşaqlardan biri cavab verdi.
  • Çox gözəl – müəllimə davam etdi – bəs belə olduğu halda stəkanın çəkisi dəyişdimi?
  • Yox – deyə hər kəs cavab verdi.
  • Bəs onda qolumda yaranan ağrı nə idi?
  • Uzun müddət gərgin halda dayanmağınızdan – tələbələr cavab verdi.
  • Ağrılardan xilas olmaq üçün nə etməliyəm?
  • Stəkanı aşağı salmaq – deyə sinifdən cavab gəldi.
  • Düzdü bizim həyatımızda da yaşadığımız problemlərlə eyni hadisələr baş verir. Həmin problemləri bir neçə dəqiqə beynimizdə saxlasaq, bu normaldır. Onlar haqqında bir neçə saat düşünməyə başlasaq, artıq əlavə ağrılar hiss edəcəyik. Yox əgər onun haqqında günlərlə düşünməyə başlayacağıqsa, o zaman beynimiz iflic olacaq. Bunun nəticəsində isə siz başqa işlərlə məşğul ola bilməyəcəksiz. Ağrılardan qurtulmaq üçün isə problemləri bir az boş buraxmaq lazımdır.

Şərhini yaz