Kişilər üçün 30 faydalı məlumatlar

  1. Səni bir gün işdən qova biləcək biri ilə yatma. Eyni zamanda sənin işdən qovacağın biri ilə də.
  2. Ən azı 3 növ qalstuk bağlamağı bacarmalısan. Bunlardan bir növü isə klassik forma olmalıdır.
  3. Alt paltarsız heç bir zaman şalvar geyinməyin. Çünki yeriyən zaman aşağıda olanları oyada bilərsiniz.
  4. Səhərlər içkidən sonra baş ağrılarının olmamasını istəyirsinizsə, o zaman axşamlar çoxlu su için. Səhər özünüzü gümrah hiss etmək üçün isə yuxudan qalxan kimi bir neçə qaşıq bal yeyin və qəhvə için.
  5. İstənilən ev təmiri işlərini bacarmalısınız. Bunu bilmirsinizsə indi öyrənin. Öyrənmək heç bir zaman gec deyil.
  6. Çox insanlar qəzadan sonra yolun ortasında dayanaraq mübahisə edən zaman həyatını itirir. Bununla qarşılaşmamaq üçün yolun kənarını seçin.
  7. İmza qoyduğun bütün sənədləri diqqətlə oxu. Yaxşı məlumatlar hər zaman böyük hərflərlə və aydın qeyd olunur. Sizə ziyanlı olan məlumatlar isə xırda hərflərlə qeyd olunur.
  8. Sağlamlığınızla bağlı çox ciddi probleminiz varsa, mütləq ən azı 3 həkimlə məsləhətləşin.
  9. Maaşının artırılmasını o zaman istə ki, buna özünü layiq görürsənsə. Bütün gördüyün işləri bir vərəqə yaz və müdriyyətin yanına daxil olduğun zaman onu da apar.
  10. Özünə inamlı ol.
  11. Hər zaman gözünün qarşısında yaxşı bir şey saxla. Sənin əhvalıvı yaxşılaşdıracaq bir şey olmalıdır.
  12. Heç bir zaman özündən sonra tualetdə suyu çəkməyi unutma və hamada duş qəbul edən zaman tükləri yığışdırmağı unutma.
  13. Ucuzlu alətlər alma. Keyfiyyətli alətlər uzun müddət sizə xidmət göstərəcək.
  14. Heç bir zaman telefonuna gülməli və qeyri-ciddi zənglər qoyma.
  15. Düzgün və səlist danışıq sənin özünə inamını göstərəcək.
  16. Paltarlarını haçansa özün yumağı öyrənməlisən.
  17. Səni tərifləyən zaman təşəkkürdən başqa bir söz işlətmə.
  18. Öz sirrini kiməsə bildirdiyin zaman mütləq bir az çox düşün.
  19. İlk dəfə görüşəcəyin insandırsa, şəklini belə görməmisənsə o adamla günorta vaxtı görüş.
  20. Heç bir zaman maşının üzərində açar saxlama. Hətta bağda öz həyətində olsan belə.
  21. Ac olduğun zaman bazarlığa getmə. Belə olduğu halda artıq ərzaqlar alacaqsan.
  22. Hər zaman avtomobilində fanar, ədyal və əlavə batareyalar saxla.
  23. Səyahətə gedən zaman avtomobilin yanacağını tam doldur. Yarıya çatarsa bunu yenə et.
  24. İnsanlar arasında diş çöpü ilə dişlərini təmizləmə.
  25. Onlarla düzgün olmağıvı istəyən insanlara inanma.
  26. Diqqət mərkəzində olan insanı ikinci plana çəkməyə çalışma. Bu sənə baha başa gələ bilər.
  27. Vaxt azlığından şikayətlənmə. Enşteyinin də sənin qədər vaxtı var idi.
  28. Küsdüyün insanın evinə barışmadığın müddətcə getmə.
  29. Qadınla ayrılan zaman əlavə cümlələrə yer vermə.
  30. Səninlə düzgün rəftar etməyənlərin cavabını vaxtında ver. Çünki zamanla cavab vermədiyin üçün peşman olacaqsan.

Şərhini yaz