Al Paçino : “Əgər hər şeydən bezmisinizsə, onda bu yazını oxuyun”

  • Bizim yaşadığımız həyat çox acımasızdır. Siz hətda bu həyatda yaşamaqdan yorulmusuz. Siz insanlara daha çox qayğı göstərib, həyata daha çox tövhə verib əvəzini görməməkdən də yorulmusunuz. Siz hətta boz günlərin bitməməsindən bezmisiniz.

Nə vaxtsa siz çox şən idiniz, həyatda əlinizdə olan hər şeyi hər kəsə verməyə razı idiniz. Amma insanların normal yanaşmaması, pisliklər və s. sizi real həyata qaytardı. Həyat hər zaman sizə qarşı saf deyildi. Pis günlər, yaxşı günlərdən az idi. Amma indi isə hər şey düzəlməyəcək bir forma almışdır. Mən sizi anlayıram. Həqiqət isə budur ki, biz artıq yorulmuşuq. Biz daha çox istəyirik. Amma bunu istəməyə artıq gücümüz yoxdur. Biz olduğumuz yeri bəyənmirik. Amma hər şeydən də çox qorxmuşuq və bu qorxu sıfırdan hər şeyi başlamağımıza imkan vermir. Biz risk etmək istəyirik, amma əlimizdə qalanları da itirməkdən qorxuruq. Daha dəqiq desək, hər şeyi sıfırdan neçə dəfə başlaya biləcəyimizdən qorxuruq. Buna gücümüz çatarmı?

Eyni zamanda biz-birimizdən də yorlumuşuq. Nə qədər yalan danışmaq olar, nə qədər kimlərsə kimlərinsə ayaqlarını qazar? Biz üzümüzə yenə maska taxmaq istəmirik, amm sadəlöv qalaraq, hər kəsin bizi də əzməsini istəmirik. Bizə qalan seçim yeni fərqli rolları oynamaqdır. Çünki biz özümüzə inanmırıq.

Ruhən öldüyünü bildiyin zaman, nələrəsə yenidən başlamağın nə qədər çətin olduğunu mən bilirəm. Mənim sizdən bir istəyim var. Əgər təslim olmaq üçün tam hazırsınızsa, o zaman bütün gücünüzü toplayın və bir daha cəhd edin. Bu sizin son cəhdiniz olsun.

Biz daxilən həyat sevərik. Bunu biruzə verməsək də əslində bu belədir. Biz daha çox ümid verə bilərik, eyni zamanda daha çox sevgi də verə bilərik. Biz nəticəni dərhal istəyirik. Onu da ala bilmədiyimiz halda ruhdan düşürük.

Səbirli olun. Siz ilk addımı atın və yeni həyata başlayın. Sizin həyatına baxıb həsəd apardığınız o insanların da həyatdan küsdükləri günlər olub. Nə olmasından asılı olmayaraq, təslim olmayın. Hər zaman o möhtəşəm arzularınızdan əl çəkməyin.

Siz asta-asta hərəkət etməkdən yorulursunuzsa. O zaman səbrli olun. Siz yorulursunuzsa deməli böyüyürsünüz. Bu inkişaf sizi nə vaxtsa çox böyük uğurlara sahib edəcək.

Şərhini yaz