Hər şey yolunda olmayan zaman həyata qayıtmağın 21 yolu

  1. Vəziyyəti dəyişmək

İstirahət götürün və ya məzuniyyətə çıxın. Ətrafınızdakı insanların olmayacağı bir yerə istirahətə gedin.

2. Özünüzü formada saxlayın

Sağlam bədəndə sağlam ruh. İstədiyiniz bədən formasına sahib olmaqla siz uğurlara nail ola bilərsiniz. Həmdə bu sizin əhvalınızı da yaxşılaşdıracaq.

3. Öz hekayəni yaz

Keçmişlə bağlı uğursuzluqlarının hekayəsini yaz. Onlardan nəticə çıxarmağa qərar ver. Pis baş verən hadisələrin səbəbini axtar.

4. Yeni tanışlıqlar qur

Alınmayan dostluqları unut. Yeni həyat qur. Yeni insanlarla tanış ol. Bu sənə bir az da olsa fərqli həyat yaşadacaq.

5. Özünə qayğı göstər

Sağlamlığının qeydinə qal. Özünə diqqət göstər.

6. Xarici görünüşünü dəyiş

Həm daxili görünüşünü, həm də xarici görünüşünü dəyiş. Saç formanı dəyiş, bədənə qulluq formanı dəyiş.

7. Sənə maneə olan şeylərdən xilas ol

Hər şey uçuruma gedən zaman, sənin əla fürsətin var ki, yenidən başlayasan. Səni xöşbəxt etməyən ünsiyyətlərdən qaç. Sevmədiyin işi tərk et. Əgər sənin bu şansın varsa, o zaman istədiklərini və sevdiyin işi seçməyə çalış.

8. Özünü burax

Özünü gərgin saxlama. Bir müddət arxaya çəkilməyi bacar. Bunlar hamısı sənin xeyrinə olacaq. Sonradan daha güclü və daha uğurlu biri olmağın üçün.

9. Bu hadisələrdən keçən insanlarla ünsiyyət qur

Özünüzə yeni kompaniya axtarırsız? Sizi anlaya biləcək insanlar olsun? O zaman seçəcəyiniz insanlar sizin getdiyiniz yola yaxın biriləri olmalıdır. Ancaq onlar sizi düzgün anlaya bilər.

10. Təmizlik işləri görmək

İstifadə etmədiyiniz hər şeydən xilas olun. Onları bir kənara atın. Hətta köhnə paltarladan da xilas ol.

11. Səni sevən insanları unutma

Dostlar dar gündə tanınar. Bu barədə hər kəs bilir. Səni çətin günlərində tək qoymayan insanları sən də untma. Hər zaman onlarla əlaqə saxla.

12. Qidalanmana diqqət yetir. Ən azı 1 ay.

Stressli günlərdə biz qidalanmağımıza diqqət yetirmirik. Nə gəldi yeyirik. Ən azı bir ay nə yediyinizə diqqət yetirin. Stressli günlərdə düzgün qidalanmamaq sizi lap uçuruma apara bilər.

13. Təlimlərə yazılın

Yeni biliklər bizi daha da inkişaf etdirir. Ona görə də yeniliklərə açıq olun.

14. Büdcə qur

Büdcənin idarə olunması çox çətin haldır. Amma ki, bunu nəyin bahasına olursa olsun etməlisən. Xərclədiyin pullara diqqət yetir. Əgər pul yığa bilmirsənsə, o zaman pis vərdişlərini azaltmağa çalış. Belə olduğu halda puluna qənaət edərək əlavə pul yığa bilərsən.

15. Xarici dil öyrənmə

Bu özünüz üçün aça biləcəyiniz ən gözəl qapı olacaq. Xarici dil öyrənmə sizə əlavə dəstək olacaq.

16. Getməyi bacarmaq lazımdır

Sizin həyatınızı dəyişəcək ən əsas addımlardan biri, getməyi bacarmağınız olmalıdır. Sizi tutub saxlayan hər şeydən getməyi bacarsanız, o zaman hər şey yaxşı olacaq.

17. İcazə verin, xöşbəxt olasınız

Adətən biz, daha yaxşısına layiq olduğumuzu düşünməyə qorxuruq. Buna səbəb isə öz gücümüzə inanmamağımızdır. Özünüz qarşısında çərçivə qoymayın. Çalışın xöşbəxt olasız.

18. Sizə xoş olmayan insanlarla söhbət etməyə məhdudiyyət qoyun

Hər zaman öz pis əhvallarını digərlərinin üzərinə atmağa çalışan insanlar olacaq. O insanlara bunu etməyi imkan verməyin.

19. Hər hansısa pis vərdişinizdən 100 günlük uzaq olma

Siqaret çəkmək və ya spirtli içki içmək, və ya düzgün qidalanmamaq, bunların hər hansısa birindən 100 gün uzaq durmağa çalışın.

20. Qorxduğunuz nəyisə etmək

Özünə inamı artırmaq istəyirsən, o zaman qorxduğun və ya çəkindiyin bir işi etməyə çalış. İnan ki, sənin cəsarətin səni uğura doğru aparacaq.

21. Ətrafında olanları bağışlamaq

Çalışın qəddar olmayasınız. Keçmiş sizi öz əlində saxlamasın. Uğurlu biri olmağa çalışın və bağışlamağı bacarın.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.