Paltarları düzgün formada necə saxlamaq lazımdır?

Əgər sənə lazım olan paltarları tapmaqda çətinlik çəkirsənsə və ya onları yerləşdirməyə yerin yoxdursa, deməli qarderobunda təmizlik işləri aparmağın vaxtı gəlib çatıb. Bizim sizə təqdim etdiyimiz 10 məsləhəti özündə qeyd elə. Lazım ola bilər.

İlk olaraq bütün paltarları kateqoriyalara ayır: şalvarlar,köynəklər,pencəklər, aksessuarlar və s. Daha sonra isə onları bizim məsləhətlərimizə əsasən yerləşdir.

  1. Kəmərləri şalvardan ayrı saxla. Ya əlavə bir qutuya yerləşdir ya da kəmər üçün olan asılqanlar alaraq, onlardan as.
  2. Şalvarları iki kateqoriya üzrə ayır. Klassik şalvarlar və gündəlik geyinilən şalvarlar. Daha sonra isə şalvar üçün olan asılqanlardan as. Ayaqlarından asaraq ağırlığı aşağıya sal. Belə olduğu halda aşağıya salınan ağırlıq şalvarın qırışmasına mane olur və qarderobda çox yer tutmur.
  3. Köynəkləri nazik və plasmas olan asılqanlardan asmaq lazımdır. Eyni zamanda qırışmaması üçün hər köynəyin yuxarıdan ikinci düyməsini bağlı saxlamaq lazımdır. Düyməni köynək dolabda olan zaman bağlama. Bu köynəyin əyilməsinə səbəb ola bilər. Köynəyi asılqanla birlikdə dolabdan çıxart və ikinci düyməni bağlayandan sonra asılqanı dolabdan as.
  4. Pencəklər üçün möhkəm taxtadan olan asılqanlardan istifadə et. Eyni zamanda taxtanın kənarları maili və yumru olmalıdır. Bu tip asılqanlar paltarın əyilməsinin qarşısını alır.
  5. Kostyumları mütləq şəkildə asılqandan asan zaman üzərinə çekol əlavə etmək lazımdır. Çexollar sintetikadan da ola bilər, pambıqdan da.
  6. Cins şalvarları istədiyiniz asılqandan asa bilərsiniz. Çünki onu geyindikdən 20 dəqiqə sonra sizin bədən formanızı alacaq.
  7. T-shirtləri və qış üçün olan poliverləri qatlayaraq dolaba yerləşdir. Amma bir-birinin üzərinə maksimum 4-5 əlavə t-shirt və ya poliver yerləşdirmək olar. Eyni zamanda polverlərdə elə et ki, qatlanan zaman qolları içəridə qalsın.
  8. Alt paltarları və corabları ayrı bir qaba yerləşdirərək dolaba qoymaq lazımdır. Qalstuk və dəsmalı isə karton qablarda saxlamağı unutma.
  9. Sezona uyğun olmayan ayaqqabıları mütləq öz qutusunda saxlamaq lazımdır ki, əzilməsinlər və əyilməsinlər.
  10. Dolabın ən üst hissəsində isə az istifadə etdiyin əşyaları yerləşdir.(qış üçün olan papaq, şarf və əlcəklər) Eyni zamanda istifadə etmədiyiniz çantaları da həmin yerə yerləşdirə bilərsiniz.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.