Səyahəti sevən milyonçular üçün hazırlanan maşın

Səyahətləri sevən zənginlər üçün bu avtomobil "yararlı" nəqliyyat vasitəsi sayıla bilər. Harada olmasından asılı olmayaraq rahat və mobil avtomobil axtaranlar EarthRoamer-i nəzərdən keçirirlər.

ABŞ-ın Kolorado ştatında istehsal edilən EarthRoamer XV-LTS 2017 kemperinin ilkin satış qiyməti 438 min dollardır.

Sifarişlə hazırlanan və interyerində əllə yığılıb hazırlanan çoxsaylı elementlər olan bu kemperdə suyu isidilən vanna belə, var.

Ford F-550 Super Duty-nin şassisi əsasında yığılmış bu kemper 6,7 litr həcmli, 8 silindrli güclü və effektiv turbodizel mühərrik, kompozit korpus, ağır Forj F-550 şassisi, Günəş və akkumulyator batareyaları və s. var.

Avtomobilin ağırlığı 8845 kiloqramdır.

1998-ci ildə avantürist rəssam Bill Svayslın yaratdığı "EarthRoamer" şirkəti indiyədək 182 avtomobil satıb.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.