Köynəklərin yaxasını həddindən artıq açıq saxlamaq nə dərəcədə düzgündür?

Bu məsələni qiymətləndirmək qərarına gəldik.

Biz anlayırıq ki. son zamanlar kişi klassikası müəyyən dəyişikliklərə uğrayıb. Eyni zamanda onu da qeyd edək ki, qısa qol köynəklər yenidən dəbə qayıtmağa başlayıb. Bu ö deməkdir ki, köhnə dəb zamanla yenidən geri qayıtmağa başlayıb.

Amma elə dəb hadisələri var ki, onların geri qayıtması yaxşı hal olmaya bilər. Daha doğrusu yaxşı görünüş bəxş etmir. Bunlardan əsası isə küçə gəzintilərində köynəyin 2 düyməsinin yox, 3 və daha çox düyməsinin açıq saxlanılmasıdır. Köynəyin bu qədər çox düyməsinin açıq olması hər zaman yaxşı qarşılanmayıb. Əlbəttə ki, 1970-ci illərin sonunun dəbini hesaba əlavə etməsək.

Bəs indi niyə sinəmizdəki tüklərin çöldə qalmasına çalışırıq? Əlbəttə ki, bu hamıya şamil edilmir. Bədən tüklərinin görünməsi dəb aləmində bir az etik sayılmır. Bir və ya iki düymənin açıq saxlanılması hər zaman dəb aləmində normal qarşılanırdı. Çalışaq biz kişilər bu dəbin belə də qalmasına imkan yaradaq.

Şərhini yaz