Onun üçün nişan üzüyünü necə seçməlisən?

Onun üçün seçiləcək üzük, əslində çox məsuliyyətli işdir. Eyni zamanda nişan üzüyünün düzgün seçilməməsi hər mənada sənə baha başa gələ bilər. Nələrə diqqət yetirməli olduğunuz barəsində biz sizə məlumat verəcəyik.

  1. Ölçüləri götürmək

Birbaşa özündən soruşmaq və ya rəfiqəsinin yolu ilə öyrənəcəyini özün qərar ver. İlk dəfədən barmağına uyğun gələcək üzüyü ona təqdim etmək, daha xoşdur. Nəinki sonradan onun dəyişdirilməsi və ya barmağına uyğun ölçüdə düzəldilməsi.

2. Rəng seçimində diqqətli ol.

Adətən xanımlar ağ qızıla üstünlük verir. Sarı qızıl onları məyus edə bilər. Nişan üzüyü seçən zaman bu məsələyə mütləq diqqət yetir.

3. Tək daş seçiminə üstünlük ver.

Qadınlar adətən tək daşa üstünlük verirlər. Bu onların rəfiqələri arasında da rahatlıqla üzüyü göstərə bilməsi üçündür. Eyni zamanda seçilən tək daş sizin statusunuzu da onun yanında yüksəldəcək.

4. Brend üzük olması

Bəli üzüyün hansı brenddən olması görünməyəcək. Çünki adətən içəri tərəfdə bu yazı qeyd olunur. Lakin xanımlar buna diqqət verməyə üstünlük verir.

5. Əlavə yazının olması

Üzüyün üzərində sizə əziz olan tarixin qeyd olunması mütləqdir. Və ya adlarınızın baş hərfi. Qadınları bu hal çox sevindirəcək və sizə qarşı fikirləri daha da yüksələcək.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.