Kıvanc Tatlıtuğun yeni serialı bəlli oldu

Aktyor Kıvanç Tatlıtuğun "Cesur ve Güzel" serialından sonrakı rolu bəlli olub.

90-cı illərin məşhur filmi, Tom Kruz və Bred Pitin baş rollarda çəkildiyi "Vampirlə müsahibə"nin serial versiyasında rol alacaq.

Kıvanç T.Kruzun canlandırdığı "Lestat" rolu üçün nəzərdə tutulub. Filmin təsirləndiyi kitabın müllifi Anne Rays "Facebook"da açdığı "The Vampire Chronicles" adlı səhifədə yeni serialdan və Kıvançdan bəhs edir.

O, serialın əsas sütunu olacaq "Lestat"a Kıvançı daha uyğun gördüyün yazıb və oxuculardan bu barədə fikirlərini öyrənib:

"Kıvançın türk ləhcəsi qulağıma fransızca kimi gəlir. Mənim üçün Lestatın hərəkətləri və səsi önəmlidir. Onu canlandıracaq aktyorun müğənni olması lazım deyil, amma Kıvanç mahnı da oxuya bilir... Kıvançın IMDB-də böyük heyran kütləsi var. Amma indiyə qədər yalnız türk layihələrində yer alıb."

Qeyd edək ki, Kıvançla layihə dəqiqləşən kimi aktyor ABŞ-a gedəcək.

Şərhini yaz