Ev şəraitində düzgün necə məşq etmək olar?

İdman zalına getməyə vaxtınız yoxdursa və ya bu sizin cibinizə uyğun deyilsə onda bizim məşq proqramına diqqət yetirin. Ev şəraitində gözəl bədənə sahib olmağın yollarını biz sizə göstərəcəyik. Eyni zamanda hər hərəkətin izahı da bizdə.

Turnikdə çəkinmə

Yəqin ki, məktəb vaxtlarında siz turnikdən çəkinmisiniz. Bax elə bu bizim ilk hərəkətimiz olacaq. Şəkildə gördüyünüz formada 10 dəfə çəkinin və bunu edəndən sonra növbəti hərəkətin icrasına keçəcəyik.

Partlayıcı jım

Bu adı jım hərəkətidir, hansını ki, etməyə adət etmisiniz. Sadəcə bu hərəkətin bir özəlliyi var ki, jım edib geri qayıdan zaman sürətli formada bunu edib əllərinizi yerdən 2 sm olsa belə aralı tutasınz. Şəkildə olduğu kimi. Bu hərəkəti 8 dəfə edin və ara vermədən keçək növbəti hərəkətə.

Bir ayaq üstündə oturma

Şəkilə baxın və çalışın eynisini edəsiniz. Sağ ayağınızı stula qoyun. Sol ayağınızı isə bir az qabağa verin. Daha sonra əyləşin və qalxın. Hər ayaq üstə bu hərəkəti 8 dəfə edirik.

Turnikdən tərsinə tutaraq çəkinmə

Yenə turnikdən dartınma. Amma bu dəfə biçepslərin inkişafı üçün bunu edəcəyik. Bu hərəkəti edən zaman biçepslərin çalışdığını hiss etməyə çalışın. Bu hərəkəti 12 dəfə edirik və qaçaraq növbəti hərəkətə keçirik.

Divara söykənərək, əllər üstündə jım

Əlləriniz üzərində dayanın. Başınız aşağıya. Ayaqlarınızı divara söykəyin. Yavaş formada aşağıya enin və geri formanıza qayıdın. Bu hərəkəti ən azı 5 dəfə edin.

Stul üzərində jım etmək

İki ədə stul götürün. (onları əvvəldən hazırlıqlı formada saxlayın) Birinə ayaqlarınızı yerləşdirin. İkinciyə isə əllərinizlə ağırlığınızı salın. Bu formada jım edin. Triseplərinizin necə işlədiyini hiss edirsinizmi? Bu hərəkəti 12 dəfə edin və daha sonra keçək sonuncu hərəkətimizə.

Turnikdən sallanaraq ayaqların qaldırılması

Turnikdən sallanın və ayaqlarınızı bacardığınız qədər yuxarıya qaldırın. Ayaqlarınızı tez bir zamanda aşağıya salmağa tələsməyin. Onları çox saxlamaqla siz pressinizi hiss etmiş olacaqsınız. Bu hərəkəti də 12 dəfə etmək mütləqdir.

Sizi təbrik etmək olar. Siz 7 hərəkətdən ibarət olan məşq proqramının ilkin təkrarını etdiniz. İndi bir az dincəlin və eyni hərəkətləri yenə etməyə cəhd edin. Bu formada çalışın bu hərəkətləri 4 dəfə edəsiniz. Əgər sizin evinizdə turnik yoxdursa, yaxınlıqdakı məktəblərin həyətinə də yollana bilərsiniz.

Hər həftə çalışın təkrarların sayını artırasınız.

Ümid edirik ki, məşq proqramımız sizin ürəyinizcə oldu. Əgər əlavə suallarınız yaranarsa o zaman şərh bölməsində bizə bildirə bilərsiniz.

Şərhini yaz