Dənizdə günəş altında bədənini yandıranlar üçün məsləhətlər

Belə deyək ki, dənizdə günəş altında uzanmısınız və ya voleybol oynayan zaman dərinizi yandırmısınız. Günəş kremindən istifadə etmisiniz amma yeniləməyi unutmusunuz. Əgər bədəninizdə qızartı hiss edirisinizsə və ağrılarbaşlayıbsa, bu yaxşı əlamət deyil. Amma yenə də ümidinizi itirməyin. Bunun da çarəsi var. Ən azından ağrıları bir az azalda bilərsiniz.

Qızartı və ağrı hiss editsinizsə, dərhal kölgəliyə keçin və ya qapalı bir məkan seçim etsəniz, daha yaxşı olardı. "Olan olub artıq" deyərək, günəş altında daha da çox vaxt keçirmək lazım deyil. Bu dərinizi daha da pis hala salacaq. Tez bir zmaanda soyuq bir duş qəbul edin. Soyuq duş, qan dövranını yaxşılaşdır və belə olduğu halda dəridəki qızartılar azlamağa başlayır. Soyuq duşdan sonra bədəninizi yüngül bir formada qurulayın. amma dərini zədələməmək şərti ilə. Daha sonra isə günəşdən sonra istifadə olunan lasiyon sürün. Unutmayın ki, ən öməmli hiss budur. Nəmliliyini itirən dərini yenidən nəmləndirmək lazımdır. Eyni zamanda daha sonra ağrı kəsici dərmanlardan da istifadə edə bilərsiniz. Bu sizin bədəninzdə olan ağrıları azaldacaq.

Şərhini yaz