Saqqalı düzgün təraş etmək üçün 7 addım

Bu 7 addım sayəsində siz ağrısız üz təraşına sahib olacaqsınız.

  1. Saqqaldan tüklərin azad olunması

Ən pis hal ay ərzində uzadılmış saqqalın bir günə təraş olunmasıdır. Necə ki, saqqalı zamanla uzatmısınız, eləcə də onu zamanla təraş etməlisiniz. İlkin olaraq uzun saqqalı qayçı ilə azaldın. Bunu etdikdən sonra dərhal üzü təraş etmək olmaz. 2-3 gün saqqalın dincəlməsinə vaxt ayırın.

2. Dərinin yumşaldılması

Saqqal uzatmısınızsa, bu o deməkdir ki, çoxdandır dəriniz lazım olan qulluğu almır. Saqqal üzünüzə sürtdüyünüz lasionları tam dəriyə hopdura bilmir. Buna görə də təraşa başlamamışdan öncə skrablardan və yağlarla bol olan lasionlardan istifadə edin.

3. Tələsməyin

2-3 gün dəriyə lazım olan qulluğu etdiniz və artıq növbəti mərhələyə gəlib çatdıq. Yəni azalmış tüklərdən azad olma. Bunu da tez-bazar etmək olmaz. Bu iş üçün daha uyğun bir vaxt seçin. Məsəl üçün bazar günü. eyni zamanda axşama olan bütün planlarınızdan da imtina edin. Nəm bir məhrabanı soyuducuya yerləşdirin. Çünki bir azdan o sizə lazım olacaq.

4. Dərinizi buna hazır edin

İlk öncə isti bir duş qəbul edin. Bu sizin dərinizi rahatlaşdıracaq və saqqalınızı yumşaldacaq. Daha sonra üzünüzü skrabla yuyun və üz üçün olan kremdən istifadə edin. Bütün bunları etsəniz, saqqalınızın tükləri sözün əsl mənasında yumşalacaq və siz təraş üçün geldən istifadə etdiyinizdə o dərhal saqqalınıza sorulacaq.

5. Tükün çıxan istiqamətində yoxsa əksinə?

Bu mövzuda risk etməyə dəyməz. Saqqalınızı tükün çıxan istiqamətində qırxın və eyni zamanda 1 lezvalı təraş aləti ilə. Tərs istiqamətinə edilən təraş sizi daha tez saqqaldan xilas etməyəcək. Əksinə dərinizi zədələyəcək.

6. Təraşdan sonra

Təraşdan sonra heş bir zaman üzünüzü dəsmalla silməyin. Bu dərinizi qanadacaq və üzünüzdə olan qızartıları artıracaq. Təraşdan sonra lasion da sizə indi yaramayacaq. Ən yaxşısı təraşdan sonra dərini bərpa edəcək, üz üçün kremdən istifadə edin.

7. Üzün sərinləşdirilməsi

Bəyaq soyuducuya yerləşdirdiyiniz dəsmalı götürün və onu üzünüzə qoyun. Sərinlik kremin bütün faydalı effektlərini dərinizə hoduracaq və üzünüzdəki yanğını götürəcək. Bunu 2-3 dəqiqə edin. Daha sonra isə əyləşin və alınan nəticədən zövq alın.

Şərhini yaz