Əldə etdiyiniz uğur sizin xarici görünüşünüzə bağlıdır

Alimlər düşünür ki, uğuru ancaq baxımlı kişilər əldə edir.

Alimlər bildirir ki, kişilərin dəriyə qulluq və baxımlılıqla bağlı sifariş etdiyi kosmetik vasitələrin sayı artıb. Yeni gələn gənc bəylər isə kişi standartlarının dəyişilməsi üçün əlindən gələni edirlər. Mintelin apardığı sorğuya əsasən, 65 % avropalı bəylər düşünür ki, karyera inkişafı üçün baxımlı görünmək mütləqdir. 25 % isə sadəcə cəlbedici görünmək üçün bunu edir. Yalnız 10 % düşünür ki, kişi kosmetikadan istifadə etməməlidir və kosmetikadan istifadə ancaq qadınlara məxsus işdir.

Artıq Azərbaycanda da kişilər özünə diqqət göstərməyə başlayıb. Belə ki, onlar üçün açılan barbershopların sayı günbəgün artır. Eyni zamanda kişilərin saça qulluq üçün sifariş etdikləri kosmetikalara da tələbat artıb.

Sonda deyilənlərlə razılaşmağa dəyər. Çünki, bizim ölkədə də günbəgün özünə qulluq edən kişilərin sayı artmağa başlayıb. Amma sonda onu da bildirək ki, hər bir şeyin öz həddi və dərəcəsi var. Bunu elə etmək lazımdır ki, sərhədi keçməyəsən. Əks halda görüntü sizi kişidən çox qadına  bənzədəcək.

Şərhini yaz