Espadrillə yalnız bu halda kostyum geyinmək olar

Kostyum geyinib və klassik ayaqqabıdan imtina etmək, cəsarət tələb edir. Yay aylarında kostyumla klassik ayaqqabı geyinilməsi də bir az rahat olmur.

Espadril əslində qiymətə görə ən ucuz ayaqqabılar sırasındadır. Eyni zamanda onlar dənizə və gündəlik isti aylarda geyinilməsi üçün nəzərdə tutulub. Ofisə onları geyinmək qəti olmaz. Bu yay bu qaydanı çoxları pozacaq. Ciddi obraz bağışlamasada bu yayın ən dəbli ayaqqabıları sayılır. Əgər bu ayaqqabıları kostyumla geyinmək qərarına gəlmisinizsə, o zaman bunu istirahətdə olan vaxtı restorana axşam yeməyinə gedən zaman etsəniz daha yaxşı olar. Bunun üçün geyinəcəyiniz kostyum yay dəbinə uyğun olmalıdır. Eyni zamanda ksotyumun altından ağ t-shirt geyinsəniz daha ideal formada görünmüş olacaqsınız.

Şərhini yaz