Ərəb ölkələrinin xanımları əslində necə yaşayır?

Ərəb ölkələrinin xanımlarının yaşayış tərzi Avropa ölkələri və digər ölkələrin xanımlarının yaşadığı həyat tərzindən çox fərqlidir.

Ərəb şeyxlərinin həyatı haqqında hər zaman əfsanələr gəzir. Onların həyatını nağıllara bənzədirlər. Amma siz bilirsinizmi ki, ərəblərin ən böyük xəzinəsi onların ailələridir. Ərəb qadınları ailəni bir arada saxlayan ən böyük insandır və onların həyat yoldaşları onlara çox böyük dəyər verir.

Tanışlıq

Ərəb qadınları adətən avropalı bəylərlə ailə həyatı qurmur. Çünki onların üzləşdiyi xəyanət, həmişəlik öz ölkələrinə giriş qapısını bağlaya bilər. Amma ərəb şeyxləri özlərinə avropalı qadınları həyat yoldaşı edə bilərlər. Lakin avropalı qadınlar şeyxlərə ərə gedən zaman bu o demək deyil ki, o vətəndaşlıq alacaq. Boşandıqları halda isə onun övladları əlindən alınacaq.

Evlənmək haqqında qərarı oğlanın ailəsi verir. Əgər qadın bundan imtina edərsə, onu heç kim ailə qurmağa məcbur edə bilməz.

Toy

İndi hər bir ərəb özünə çox arvadlılığı icazə verə bilmir. Çünki onların saxlanılması üçün külli miqdarda pul vəsaiti lazımdır. Ona görə də çox arvadlılıq adətən çox varlı şeyxlərdə olur.

Ərəblərdə toy haqqında müqavilə ən əsas sayılanlardandır. Gəlinin yerinə o müqaviləni onun 2 yaxın qohumu imzalayır. Böyük toy mərasimi isə müqavilə imzalanandan sonra bir il ərzində baş tutmalıdır.

Toya qədər bəy, nişanlısını yalnız gəlinin ailəsinin yanında görə bilər. Gəlin üçün bəyin ailəsi onlara başlıq ödəyir. Başlıqdan gələn bütün gəlir qızın ailəsinə qalır. Başlığın məbləği çox böyük ola bilər.

Ərəblərin toyu çox fərqli və möhtəşəm olur. Süfrədə bütün nemətlər olur və qonaqlar səhərə qədər əylənirlər. Ev yiyəsi isə qonaqpərvərliyini göstərmək üçün hər şey edir.

Ailə münasibətləri

Ailədə bilindiyi kimi son sözü kişi deyir. Lakin ailə daxilində bütün mühüm qərarları qadın verir.

Ərəb qadınına geyimlə bağlı sərhəd yoxdur. əsas olan odur ki, çölə çıxılan zaman üzərində qara uzun örtük olsun.

Ərəb qadınları qızılı çox sevir. Ona görə də bəylər onlara gül əvəzinə qızıl hədiyyə edirlər.

Çox arvadlılıq zamanı bəy bütün qadınlara eyni diqqəti göstərməlidir. Onların görüşləri qrafikə bölünür.

Əgər qadının əri rəhmətə gedibsə və qadın dul qalıbsa, qayının borcudur ki, o qadını özünə həyat yoldaşı etsin.

Şərhini yaz