10 çox ucuz şəhərlər, harada ki, yeni həyata başlamaq olar

Bu dəfə biz sizə, 10 cənnət məkanı təqdim edəcəyik, harada ki, yenidən başlayıb həyat qurmaq olar.

Çox insan artıq internet üzərindən pul qazanmağa başlayıb. Bu tip insanlar artıq ömrünün qalan hissəsini çirkli meqapolislərdə və ya adi insanların çox olduğu səs-küylü şəhərlərdə yaşamaq məcburiyyətində deyil.

Yaşayış üçün ideal yer deyildiyi zaman, orada yaşayışın aşağı olduğu yerlər nəzərdə tutulur. Bunları nəzərə alaraq. yaşamaq üçün 10 ən gözəl məkanları sizə təqdim edirik.

  1. Kuka adaları (Avarua)

Rəsmi olaraq bu Yeni Zellandiyanın ərazisidir. Lakin Yeni Zellandiyadan 2008 km aralıda yerləşir. Mənzərəsi və dənizi Maldiv adalarından heç də fərqlənmir. Amma burda ayıq ev kirayəsi 130 ABŞ dolları civarındadır. İl ərzində buraya 100.000-dən çox turist gəlmir.

Buranın əsas özəlliyi ondadır ki, burada heç bir turist əmlak əldə edə bilməz. Amma 601 il müddətinə həmin əmlakı kirayə götürə bilər. Buranın vətəndaşı olmaq üçün burada uzun müddət yaşamaq lazımdır və məmurlar tərəfindən razılıq əldə edilməlidir.

2. Çeski-Krumlov (Çexiya Respublikası)

Bütün şəhər burada tarixdən ibarətdir. Bu şəhərin küçələrində tez-tez fərqli yarmarkalar keçirilir. Ən gözəl hadisə isə qızılgül bayramının keçirilməsidir. Burada kirayə evin qiyməti 400 ABŞ dolları civarındadır. Burada 3 yeməkdən ibarət 2 nəfərlik nahar yeməyi ilin bütün fəsillərində 20 ABŞ dolları civarındadır. Burada bir mənfi xüsusiyyət var ki, bu şəhərdə normal yaşamaq üçün çex dilində bir az danışmağı bacarmaq lazımdır.

3. Ko-Tonsay (Kamboca)

Bura kambocada yerləşən kiçik bir adadır. Burada demək olar ki, heç kim yaşamır. Balıqçılar və onların ailəsini nəzərə almasaq. Ona görə də burada ev kirayələmək çox gülməli qiymətədir. Bütün balıq məhsulları burada 2 ABŞ dollarınadır. Balıqçıların sənin yanında balıq tutub bişirib, sənə təqdim edəcəyi şam yeməyi isə cəmi 5 ABŞ dolları dəyərindədir.

4. Quanaxuato (Meksika)

Bu şəkər düz Meksikanın mərkəzində yerləşir. Burada ev kirayəsi 150-200 ABŞ dolları dəyərindədir. Pivə isə 1 ABŞ dollarından da ucuzdur. Kinoya bilet isə cəmi 3 ABŞ dolları dəyərindədir. Bu şəhər böyük mədəniyyəti ilə çox seçilir.

5. Mirvari adaları (Panama)

Sakit okean kənarında çox sakit bir məkandır. Keçmiş zamanlarda burada külli miqdarda mirvarilər tapılırdı. Əvvəllər burada daha çox quldurlar məskan salırdı. İndi isə yerli camaatın istirahət etdiyi ən gözəl məkanlardan biridir.

Dəniz kənarında ev kirayələmək burada cəmi 300 ABŞ dolları dəyərindədir. Burada "Sağ qalma" filminin 3 hissəsi çəkilib.

6. Aqonda çimərlikləri (Hindistan)

Burada elə birbaşa dəniz kənarında fillərin üzərində gəzə bilərsiniz. Burada çaxır çüçəsinin qiyməti 0.5 ABŞ dolları dəyərindədir. Saçınızı kəsdirmək qərarına gəlsəniz isə 0.60 ABŞ dolları dəyərində pul ödəməli olacaqsınız. Burada yoqa ilə məşğul olmaq üçün kifayət qədər məkanlar var.

7. Böyük Tırnovo (Bolqarıstan)

Qara dəniz sahillərinin ən gözəl məkanlarından biridir. Buranın Fransadan elə də çox fərqi yoxdur. Fransadan fərqli olaraq isə burada şərab şüşəsinin qiyməti 0.80 ABŞ dolları dəyərindədir. Bu şəhər demək olar ki, bütün dünya müharibələrinin şahidi olub. Bütün bu tarixi hadisələrə baxmayaraq burada ev kirayələmək, 200 ABŞ dolları dəyərindədir.

8. Xo Kok-Beach (Vyetnam)

Buranın əsas özəlliyi ondadır ki, burada 11 hektar tropik meşə var. Buranı bəyənənlər çox azdır. Ona görə də burada yaşamaq çox ucuz başa gəlir.

9. Ksamil Beach (Albaniya)

Sakit həyat tərzi üçün ideal bir yerdir. Buranın yerli məhsulları mandarin və zeytun yağıdır.Qonşuları olan İtaliya və Yunanıstandan fərqli olaraq bura çox ucuzdur. Pivənin şüşəsi 0.90 ABŞ dolları dəyərindədir. Aylıq kirayə isə 100-120 ABŞ dolları dəyərindədir. Burada 30 növ dəniz məhsulları təqdim olunur. Restoanda yeməklərin qiyməti 6 ABŞ dolları dəyərindədir.

10. Las-Trankas (Çili)

Burada yay-qış fərq etməz xizəkdə sürüşə bilərsiniz. Burada ev kirayəsi isə 300 ABŞ dolları dəyərindədir. Buranın bir porblemi var ki, burada hər zaman qışdır.

Şərhini yaz