"iPhone"ların ekranını "Apple" özü istehsal edəcək

ABŞ-ın "Apple" şirkəti "iPhone" smartfonlarının ekranını özü istehsal etməyə hazırlaşır.

"Alma nəhəngi"nin rəhbərliyi bununla da Cənubi Koreyanın "Samsung" şirkətindən asılılığını azaltmaq qərarına gəlib.

Bildirilir ki, "Apple" artıq bu ideyasını həyata keçirmək üçün modernləşdirilmiş avadanlıqlar alıb. Şirkətin mütəxəssisləri OLED-ekranları Tayvanda buraxmağı planlaşdırır.

Ekranlarını özü istehsal etməsi nəinki şirkətin xərclərini azaldacaq, hətta "Apple"a külli miqdarda gəlir gətirəcək.

Şərhini yaz