Keçmiş narkamanın qurduğu biznes və sahib olduğu milyonlar

13 il əvvəl Xalil Rafati evsiz narkoman idi. Bu gün isə o milyonçudur.

Bu gün Xalil Rafati "SunLife Organics" təbii şirələr şəbəkəsinin sahibidir. Şirkətin Malibuda və Los-Angelisin 6 fərqli məkanlarında şəbəkəsi var.  Bu şirkətin məşhurlaşmasına əsas səbəb olan "Həyat elikseri" və "Xoşbəxt" şirələri olmuşdur. Cəmi 5 il ərzində 46 yaşlı Rafati böyük bir təbii qidalar şəbəkəsinə sahib olmuşdur.

Los-Anglesə gəldikdən sonra o ümid edirdi ki, bütün arzularına sahib olacaq. İlk öncə o burada marixuanna və ekstzi qəbul etdi. Zamanla isə o heroin qəbuluna başladı. Bununla da həyatda görmək istədiyi xoşbəxtliyə sahib olduğunu düşündü. Artıq hər zaman ondan istifadəyə başladı. Bir dəfə isə tərkibinin çox olmasından ölə bilərdi. 2003-ci ildə o, ən dibə vurdu. Bir neçə ilini Los-Angles həbsxanalarında keçirtdi. Bundan sonra, o artıq özünə diqqət yetirməyə başladı və sağlamlığını bərpa etmək qərarına gəldi.

İlk olaraq o Rivera realibitasiyasında olan xəstələr üçün təbii şirələr hazırlamağa başlamışdır. Elə orada da onun hazırladığı içkilərin reseptləri yarandı. Daha sonra xəstə olmayan insanlar da həmin realibitasiya mərkəzinə gələrək o içkilərdən dadmaq qərarına gəldilər.

Bu içkilər haqqında əfsanələr bütün Malibuda dolaşmağa başladı. Bundan sonra isə Rafati anladı ki, artıq öz içki barını açmağın zamanı gəlmişdir. Dostunun maliyyə dəstəyi sayəsində o öz arzularını reallaşdıra bildi.

Rafati işçi seçən zaman, ancaq özü kimi 13 il əvvəl problemi olan insanları seçir.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.