45 yaşlı 3 uşaq atası 12 həftəyə gözəl bir bədənə sahib olmağı bacarıb

O sübut etdi ki, 40 yaşından sonra da, pivə qarından xilas olub, fit bir bədənə sahib olmaq olar. Bunu sadəcə istəmək kifayət edər.

45 yaşlı 3 uşaq atası olan Ben Jackson şirniyyat və pivəni zülallara dəyişərək, 86.5 kiloqramdan 79 kiloqrama qədər arıqlamışdır. eyni zamanda bədəndə olan əlavə piylərin faizini 20 %-dən 9 %-ə salmışdır. Bu nəticələrə o, 12 həftə ərzində sahib olmuşdur. Ben ancaq ciddi pəhrizlə məşğul olub və həftədə 5 dəfə idmanla məşğul olmurdu. o, eyni zamanda nəticələrə tez sahib olmaq üçün spirtli içkidən də imtina etmişdir.

Bu fotoda məşqə başlama ilə 12 arasındakı fərqi özünüz seçin.

Ben hər kəsə sübut etdi ki. idmanın və sağlamlığın yaşı yoxdur. Bunu istəyən insan 45 yaşında da nail ola bilər. Əsas olan daxili istək və özünə inamın olmasıdır.

Mənim əsas məqsədim arıqlamaq və bədənimi formaya salmaq idi. Mən məşqlərə başlayan zaman artıq daxilimdə dəyişikliklərin olduğunu hiss etməyə başladım. Mən daha şən olmuşdum və bədənim bütün gücə sahib idi. Mən artıq övladlarıma təmkinli olmuşdum və eyni zamanda işdə stressdən yorulmurdum. Daha dəqiq desək artıq xoşbəxt idim.

Mən ümid edirəm ki. mənim nəticələrim başqa kişiləri də ruhlandıracaq. Onlarda da özlərinə inam yaranacaq və bunu edəcəklər.

Şərhini yaz