Ən gənc milyonçu necə yaşayır

Even Şpiqel - dünyanın ən varlı gənc milyonşusudur. Onun cəmi 26 yaşı var, amma sahib olduğu var-dövlət isə 2.1 milyard dollar məbləğindədir.

O, bütün bu pulları Snapchat sayəsində qazanıb. Bu günə Snapchatın 150 milyon aktiv istifadəçi var. Gəlin onun haqqında daha çox məlumat əldə edək.

İlk maşını Cadillac olub.

Even Şpiqel məktəbin son siniflərində təhsil alan zaman, o məktəbə öz avtomobilində gedirdi. Bu azmış kimi, o avtomobilini məktəblə üzbəüz olan böyük təhlükəslik sistemi ilə təchiz olunan bir şirkətin dayanacağında saxlayırdı. Onun atası Edison şirkətinin hüquqi üzü idi. Onun ilk avtomobili mühafizə olunmağa dəyərdi. Çünki, avtomobil Cadillac Escalade idi. Bu avtomobil ona atası tərəfindən 16 yaşı tamam olanda bağışlanmışdı.

Even uzun müddət atası ilə yaşayıb.

Artıq çox şeyə sahib olan Even uzun müddət atası ilə yaşayırdı. Bəzən ona sual veriləndə ki, niyə tək yaşamaq istəmirsən, o bildirirdi ki, atamla yaşamaq sayəsində mən kirayə ödəyəyəcəyim evə ekonomiya edirəm. Amma əslində isə Even lüks həyata öyrənmişdir və o, atasının Los-Anglesdə ən yaxşı küçədə yerləşən evindən getmək istəmirdi. İlk dəfə Even tək yaşamağa 2014-cü ildə başlamışdır. Yaşamağa köçdüyü evi o, 3.3 milyon ABŞ dollarına əldə etmişdir.

Even Xarisson Fordun evində yaşayır. 

2016-cı ilin may ayında Even daha böyük evə köçmək qərarına gəlir. Həmin ev eyni küçədə yerləşirdi və qiyməti 12 milyon ABŞ dolları dəyərində idi. Həmin ev əvəllər aktyor Xarisson Forda məxsus idi. Even həmin evə nişanlısı Miranda Kerri ilə köçüb. Həmin evdə 7 yataq otağı, hovuz və idman zalı var.

Even hələ də Universitet diplomu əldə etməyib.

Onu da bildirək ki, Even Universiteti bitirə bilməyib və diploma sahib olmayıb. Onun sonradan oxuyub, diploma sahib olacağını düşünərək, buraxılış gecəsinə buraxmışdırlar. Lakin even hələ də bu mövzuda özünü doğrulda bilməyib.

Even dəbi sevir və dəb barəsində yaxşı anlayır

Even dəb ikonasıdır. Onun dəbli görünüşü haqqında çox yazılar olub. Hətta Vogue jurnalının italiya buraxılışı üçün də çəkilib. Eyni zamanda nişanlısı Miranda keri ilə də Louis Vuitton üçün təşkil olunan şam yeməyində tanış olub.

Even 3 milyard dollarlıq təklifdən imtina edib.

Facebookun yaradıcısı 2012-ci ildə Evena 3 milyard dollara Snapchatı ona satmağı təklif etmişdi. Bildirmişdi ki, onsuzda onun eynisini yaradacaq və Facebookda rekalm sayəsində onu inkişaf etdirəcək. Lakin bu təklifdən Even imtina etmişdir. Onu da bildirək ki, facebook tərəfindən yaradılan yeni versiya uğursuz oldu və Snapchat hələ də çiçəklənmə dövrünü yaşayır.

Even Miranda Keriyə çox gözlənilməz bir təklif irəli sürüb.

Even evlilik təklifi edən zaman dizləri üstündə dayanmışdı və Miranda keriyə söyləmişdi: " Mən ilk və son dəfə sənin qarşında dizlərim üstündə dayanıram".

Şərhini yaz