Müxtəlif ölklərdə ofisanta nə qədər bəxşiş verilir?

İstirahət üçün ən çox turistlərin müraciət etdiyi ölkələrin siyahısına əsasən həmin ölkələrdə ofisanta nə qədər bəxşiş verildiyini sizə təqdim edəcəyik. Bu məlumata əsasən siz də artıq istirahətə yollanan zaman ofisanta nə qdərə bəxşiş verməli olduğunuzu biləcəksiniz.

  1. Yunanıstan

Bu ölkədə olan restoranlarda adət edilib ki, ümmumi məbləğin 5-10 %-ni bəxşiş verəsiniz. Eyni zamanda burada əlavə olaraq hər bir insan sayına görə 1 avro da ödənilir. Bu qiymət menyuya əlavə edilir.

2. Hindistan

Hindistan restoranlarında siz bir az çətinliklə qarşılaşa bilərsiniz. Çünki burada bəxşişin verilməsi sizin sonda ödəyəcəyiniz məbləğə əsasən dəyişir. Amma ortala desək, burda bəxşiş sizin qidalanmnızın 7 %-i dəyərində olur.

3. Yaponiya

Yaponiyada ofisantlara bəxşiş verilməsi lazım deyil. Burada xidmət o qədər yüksək səviyyədədir ki, onlara təqdim olunan bəxşişlə onları təhqir etmiş ola bilərsiniz. Əgər bu ölkədə bəxşiş vermək istəsəniz və ofisant bunu qəbul etməsə onda inciməyin. Sadəcə onların daxili qaydaları budur.

4. Çin

Çində də restoranlarda bəxşiş verilməsi adəti yoxdur. Burada bəxşiş adətən sürücülərə, mexmanxan işçilərinə verilir. O da minnətdarlıq anlamında.

5. Kanada

Kanadada bəxşiş verilməsi mütləqdir. Burada restoranlarda son məbləğin 15-20 %-i dəyərində bəxşiş verilməsi məqsədə uyğundur.

6. Böyük Britaniya 

Böyük Britaniyada 10-15 % bəxşiş verilməsi nəzərədə tutulub. Lakin bu ölkədə adətən bəxşişin məbləği hesaba əlavə edilir. Yəni əlavə ödənişə ehtiyac yoxdur.

7. Fransa

Fransada ofisanta bəxşiş verilməsi 10 % təşkil edir.

8. Niderland

Bu ölkədə ofisanta bəxşiş verilməsi çox aşağı məbləğdə olur. Çünki bu ölkədə onların aldığı əmək haqqı çox yüksəkdir.

9. Türkiyə

Türkiyə də turistlərin məkanı sayılır. Burada bəxşiş verilmə məsələsi fərqlidir. Adətən 10-15 % təşkil edir. Amma bu ölkədə bəxşişi plastik karta təqdim etmək olmaz. Mütləq nəğd şəkildə olmalıdır.

10. İtaliya

İtaliya da bəxşiş verilməsi könüllüdür. İstədiyiniz məbləğdə bəxşiş verə bilərsiniz. İstəməsəniz heç təqdim etməyə də bilərsiniz. Bəzi restoranlarda isə bəxşiş əlavə olaraq hesaba daxil edilir.

Şərhini yaz